F.Vassyör: Lekleri anlayıram

Ferrari komandasının rəhbəri Frederik Vassyör sürücüsü Leklerdən danışıb.

F-1.az xatırladır ki, monakolu sürücü ilk 3 yarışda cəmi 6 xal toplayıb. Gənc sürücü keçən il komandasının səhvinə görə çempionluğu əldən vermişdi. Buna görə onun Ferrari-ni tərk edəcəyi və Mercedes-ə keçəcəyi deyilir. Onun yeddiqat Dünya Çempionu Həmiltonu əvəzləyəcəyi düşünülür.

Frederik Vassyör: “Hələ müqavilə iıə bağlı danışıqlara başlamamışıq. Bunu mövsüm ərzində edəcəyimizi demişdim. Bizimlə birillik müqaviləsi var. Yəni ki, danışıqlar üçün çox vaxtımız var. Buna görə narahat deyiləm. Hazırda danışıqlar aparmaq doğru deyil.

Əsəbi olması yaxşıdır. Əgər hazırkı vəziyyətinə görə xoşbəxt olsaydı, çox üzülərdim. İlk yarışda mübarizəni vaxtından əvvəl dayandırdı. İkinci yarışda cəzalara görə geridən başladı. Melburn isə həyatının ən pis yarışlarından birini keçirdi. Bu üç yarışdan sonra əsəbi olmasaydı, idmandan getməli idi. Əsəbləşməsinə və bu vəziyyətə görə xoşbəxt olmamasına sevinirəm. Nəyi düz, nəyi səhv etdiyimizi anlamalıyıq. Buna görə də toplantı etdik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*