Ş.Lekler: Ən yaxşı yarışlardan biri idi

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Amerikada ən yaxşı performanslarından birini göstəriblər.

F-1.az xatırladır ki, monakolu sürücü ABŞ-da səssiz-sədasız dördüncü yeri tutub.

Şarl Lekler: “Bəli, çox xoşbəxtəm. Əminəm ki, yarışımın çox hissəsini görməmisiniz, amma performansım çox yaxşı idi. Serxio məni sadəcə 10 saniyə qabaqlayırdı və pitlərdən sonra ondan sürətli idik. Podiuma çıxmağı düşünsəm də, bunu bacara bilmədik.

Yarış çox çətin idi. Fiziki cəhətdən ən çətin yarışlardan biri idi. Sinqapur da çətindir, amma bura fərqlidir. Ora sadəcə çox uzaqdır, ancaq burada bütün sektorlar, qabarlar, isti hava və digər ünsürlər bizi fiziki cəhərdən yorur. Son 10 dövrə lap çətin idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*