L.Həmiltonun yeni şlemi

Bu gün Lyuis Həmilton Böyük Britaniya Qran Prisində geyinəcəyi şlemi nümayiş etdirib. McLaren komandasının mətbuat xidmətinin verdiyi xəbərə görə, şlemdə […]

Bu gün Lyuis Həmilton Böyük Britaniya Qran Prisində geyinəcəyi şlemi nümayiş etdirib. McLaren komandasının mətbuat xidmətinin verdiyi xəbərə görə, şlemdə Britaniya bayrağının rəngləri və cizgiləri peyda olub, bununla sürücü nəinki vətənpərvərlik hisslərini, həm də minlərlər azarkeşlər ordusuna rəğbətini ifadə edir. Yeri gəlmişkən qeyd edək ki, Lyuis Formula1-də 2007-ci ildə debüt etdikdən sonra birinci dəfədir ki, şlemini dəyişir…

Lyuis Həmilton: “Mən fəxr edirəm ki, mən britaniyalı sürücüyəm və Britaniya komandasında çıxış edirəm. Yadımdadır ki, keçən il mən Silverstounda startda durarkən tribunalarda azarkeşlərə, bayraqlara və plakatlara baxdım, bu xüsui bir an idi.

Yarışın son dövrələrində isə mən görürdüm ki, azarkeşlər necə sevinirlər… Silverstoun nadir trasdır, yerli fanatlar isə nadir azarkeşlərdir və mən onlarla yeni görüşü gözləyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*