N.Rosberq: “Formula1 mənim üçün tamamilə bitdi”

Keçən il Formula1 üzrə Dünya Çempionu olan və bundan 5 gün sonra istefa edərək, karyerasını bitirən Niko Rosberq bildirib ki, Formula1-ə bir daha qayıtmayacaq.

F-1.az xatırladır ki, keçən il Batton və Massa da karyeralarını bitirdiklərini açıqlasalar da, Massa 2017-ci ildə Williams komandası ilə yenidən yarışlara qayıtmışdı. Batton isə keçən həftə McLaren komandasında bir yarışlıq Fernando Alonsonu əvəz edərək, qənaətbəxş performans göstərmişdi.

Niko Rosberq: “Formula1 mənim üçün tamamilə bitdi. Mükəmməl sonluqla karyeramı nöqtələdim və geriyə baxanda uğurlarıma görə sevinirəm. 31 yaşımda Dünya Çempionu oldum və yeni karyera məni gözləyir. Bu müddət ərzində yeni insanlarla tanış olmağa və yeni uğurlara imza atmağa çalışacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*