27 İyun 2019, Cümə axşamı - 00:16

C.Fizikella Sauber-ə əsas namizəddir?

C.Fizikella Sauber-ə əsas namizəddir?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:35 - 21 Yanvar, 2010

Mötəbər mənbələrin verdikləri xəbərə görə, Cankarlo Fizikellanın Sauber komandasında boş olan yeri tutması ehtimalı artıb və italiyalı sürücü çox güman […]

Mötəbər mənbələrin verdikləri xəbərə görə, Cankarlo Fizikellanın Sauber komandasında boş olan yeri tutması ehtimalı artıb və italiyalı sürücü çox güman ki, 2010-cu ildə gənc yaponiyalı sürücü Kamui Kobayaşıyə komanda yoldaşlığı edəcək…

Fizikellanın hazırda Ferrari ilə test sürücü müqaviləsi var, amma keçən həftə o öz meneceri Enriko Dzanarini ilə birlikdə Skuderiyanın Madonna di-Kampilyodakı qış bayramının bir gününü buraxmaqla, Sauber komandasının Hinvildəki bazasına baş çəkib. Məlum olduğu kimi Fizikellanın bu müqaviləsi həm Sauber-ə, həm də Ferrari-yə sərfəlidir: Maranello Cankarlonu məmnuniyyətlə Hinvilə buraxar, çünki bu halda onun əmək haqqını Peter Zauberin komandası ödəməli olacaq. Eyni zamanda Sauber Ferrari motorlarını ucuz qiymətə almağı planlaşdırır.

Fizikella İsveçrə komandası üçün yad deyil, o 2004-cü ildə bu komandada çıxış edib və Hinvildə onu yaxşı xatırlayırlar. Hərçənd, son günlər Sauber-lə Pedro de la Rosa-nın da müqavilə bağlayacağı barədə şayiələr gəzirdi, amma Censon Batton bu günlərdə bildirib ki, ispan sürücü Valensiyada McLaren-in ilk testlərində iştirak edəcək. Çox güman ki, Pedro sponsor dəstəyi tapa bilməyib – Grandprix.com saytının verdiyi xəbərə görə, Pedronun Sauber-ə keçidini İspaniyanın ən böyük bankı Santander maliyyələşdirməli idi.

Peter Zauber isə yerli Blick qəzetinə müsahibəsində bildirib ki, ikinci sürücünü məhz onun özü təyin edəcək və bu yaxın günlərdə KİV hər şeyi biləcək. Gözlənildiyinə görə, komanda doğrudan da ikinci sürücünün adını gələn həftəyə kimi açıqlayacaq, çünki fevralın 1-də Sauber Valensiyada testlərə başlayacaq, yeni maşının təqdimatı isə bir gün əvvəl olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 306
Teqlər
Paylaş

logo