L.Norris: Bolidin performansı daha vacibdir

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, bolidin performansı onun üçün hər şeydən vacibdir.

F-1.az xatırladır ki, britaniyalı sürücü 2022-ci il mövsümünü 7-ci yerdə bitirib və komanda yoldaşından iki dəfə çox xal yığıb. Hamı düşünür ki, bunun səbəbi bolidin Norrisə uymasıdır.

Lando Norris: “Builki bolid istədiyim kimi deyildi. Keçənilki MCL35 ortabab idi, amma builki gözləntilərimdən uzaq idi.

Sözün açığı, mən həmişə demişəm ki, mənə sürətli bolid verin, çünki sazlanma tapmaq asandır. Məncə, bu mənə uyğun olan boliddən daha yaxşıdır. Mənə uyğun olan maşını hazırlamaq çətin deyil, amma sürətli olacağı müəmmalıdır. Əsas odur ki, maşına öyrəşəsən. Komanda sürətli maşın düzəltsə, onu sürməkdən həzz alaram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*