M.Şumaxer Formula3-ə keçməyə hazırlaşır

Yeddi qat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer iki ildir ki, ADAC Formula4 seriyasında mübarizə aparır. Prema Powerteam komandasının üzvü olan gənc sürücü bu mövsüm 3 poul, 3 qələbə qazanıb və 7 dəfə podiuma yüksəlib. Hazırda çempionatda 2-ci yerdədir.

F-1.az xəbər verir ki, Mixael Şumaxerin meneceri Sabine Kem Mikin gələcəyi barədə danışıb: “Mik hazırda Almaniya və İtaliya Formula4 seriyalarında yarışır. Atacağımız növbəti addım Formula3-ə keçmək olacaq. Yaxın zamanlarda bu məsələdə bəzi irəliləyişlər olacaq”.

Balaca Şumaxer Almaniya Qran Prisində Hokkenhaymrinqdə olub. O, əvvəlcə Mercedes AMG, sonra isə Ferrari-nin boksuna baş çəkib. Toto Volff onun haqqında bunları deyib: “Mik olduqca xoş təsir bağışlayan bir gəncdir. Yaxşı bir dostdur və çox sadədir. Onda bir gəncdə olmalı olan hər şey var”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*