E.Cordan: Ferrari-də qəddar olardım

Sabiq komanda rəhbəri Eddi Cordan bildirib ki, o, Ferrari-də olsa, oranı səhmana salar.

F-1.az xatırladır ki, Ferrari komandası son çempionluğunu 2007-ci ildə qazanıb. Komanda son 4 mövsümdə cəmi 5 yarış qazanıb və zirvədən çox geridə qalır.

Eddi Cordan: “Əgər orada mən rəhbər olsaydım, Mixaelin etdiyini təkrarlaya bilərdim. Ferrari Rori Börnü və Ross Braunu gətirdi. Jan Todt onsuz da orada idi. Bu qrup komandanın toxumunu əmələ gətirdi. Məncə, Ferrari bəzi şeyləri səhv etdi. Orada yaxşı mühəndislər var. Əla motorlar düzəldə bilən, yaxşı maşınlar yığa bilən güclü mühəndislər var. Ancaq o maşını qazanan maşın etmək üçün xırdalıqlara diqqət etmək lazımdır. Fərq də budur.

Məncə, kartinq ya d aFormula3-dən keçmiş insanlara ehtiyac var. Çünki hazırda daxili məlumat, təcrübə və geribildirim istedadı olmayan adamları komandaya gətirirlər. Təcrübəli adamlar olsaydı, düşünərdilər ki, “Formula3-də belə halda nə edirdim” deyə düşünərdilər.

Doğrudan da Ferrari-də komandaya pis təsir edən axmaq səhvlər edirlər. Məyusam. Ferrari-də olsaydım, doğrudan da çox qəddar davranardım. Belə olan halda orada vəziyyəti düzəldərdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*