M.Binotto: “Gələn il komanda əmri olmayacaq”

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, 2020-ci ildə sürücülərinə komanda əmri verməyəcəklər.

F-1.az xatırladır ki, Binotto mövsümün əvvəlində birinci sürücülərinin Fettel olduğunu desə də, gənc Lekler mükəmməl performans göstərərək, çempionatda almaniyalı sürücünü qabaqlayıb.

Mattia Binotto: “Mövsüm hələ təzə bitib. Avstraliyaya qədər uzun zaman var. Lakin bu mövsümün əvvəlində vəziyyət fərqli idi. Bir debütant, bir təcrübəli pilotumuz var idi. Son yarışlarda isə yarışmalarına icazə vermişdik. Gələn il də belə başlayacaq. Şarl təkcə məni yox, hamını təəccübləndirdi. Çox sürətlidir. Təzyiq altında yaxşı performans göstərdi. Mövsümü mükəmməl notlarla bitirdi. Komanda ilə ilk mövsümündə 7 poul, iki qələbə qazandı. Ən əsas da Sebastyan Fetteli məğlub etdi. Bu, böyük uğurdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*