23 İyul 2019, Çərşənbə axşamı - 00:36

Ş.Leklerin maşınında saydpodlar zədələnib

Ş.Leklerin maşınında saydpodlar zədələnib

Müəllif: Rauf Hacıyev, redaktor

09:52 - 12 May, 2019

Ferrari komandasının sürücüsü Şarl Lekler sıralanma turunda porebrikə hücum edərkən maşınının zədələnməsinə təəccüblənib.

F-1.az bildirir ki, monakolu sürücü Kampsa döngəsində porebriklərə hücum edərkən bolidindən qırıntılar çıxıb və komanda sessiya ərzində bu problemi düzəltməyə çalışıb. 21 yaşlı sürücü sıralanma turunda beşinci olub.

Şarl Lekler: “Porebrikin üzərindən keçərkən bolidin performans itirməsini anlamıram. Bolidin ön tərəfi sürüşsə də, saxlaya bildim. Heyif ki, əksər detallar zədələndi. Saydpodlar da zərər gördü.

Bunun böyük bir xəta olduğunu düşünmürəm. Sadəcə bəxtimiz gətirmədi və bizə baha başa oturdu. Xüsusən də saydpodlar zədələnəndən sonra bolidin ön tərəfi çox sürüşürdü. Təmir etməyə çalışdıq, amma bolid əvvəlki kimi yaxşı işləmədi.

Sıralanma turunda Mercedes-dən yavaş idik. Onlar bütün həftəsonu ərzində güclü idi. Bu nəticəni gözləyirdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 90
Teqlər , , ,
Paylaş

logo