P.Verlyayn: “Taleyimə gələn il aydınlıq gələcək”

Paskal Verlyayn bildirib ki, gələn mövsüm harada yarışacağını bu il öyrənə bilməyəcək...

F-1.az xatırladır ki, almaniyalı sürücü Force İndia tərəfindən seçilməyib və adı Sauber komandası ilə hallanmağa başlayıb. Amma tərəflər hələ də rəsmi açıqlama verməyiblər. 22 yaşlı sürücü bu il Manor-da yarışacağını fevralın 10-da öyrənmişdi. Amma Verlyayn bu il nəticəni öyrənmək üçün daha çox gözləyə bilər.

Paskal Verlyayn: “Qərar gələn il verilə bilər. Ancaq ümid edirəm ki, bu il olar və qışda daha yaxşı hazırlaşa bilərik. Növbəti mövsüm nə edəcəyini bilsən, komanda ilə hazırlıqlara və məşqlərə daha tez başlaya bilərsiniz”.

Jurnalistlər gənc sürücüdən “Manor-da yarışacaqsan, ya Sauber-də?” soruşublar: “Manor komandasını sevirəm və burada özümü xoşbəxt hiss edirəm. Burada işçilərin çoxu dostlarımdır və onlarla qışda görüşüb, xizəyə getmək istəyirəm. Bu gözəl bir şeydir. Komandada özümü yaxşı hiss edirəm və inkişaf etdiyimizi görmək gözəldir. Niyə qalmayım axı?

Sauber də gözəl komandadır və həm Mercedes, həm də Mercedes-in gənc sürücüləri ilə bir keçmişi var. Hazırda Sauber-ə qarşı mübarizə aparırıq və qəribə olan odur ki, gələn il ora transfer ola bilərəm.

Sauber-in yaxşı potensialı var. Görək nə olur. Mən Formula1-də qalmaq üçün əlimdən gələni etdim. İnsanları razı salmağa çalışdım. Bir dəfə xal aldım və 4 dəfə sıralanma turunda ikinci sessiyaya yüksəldim. Həm komanda, həm də mənim üçün əla idi. Amma sonda Formula1-də qala bilməsəm, edə biləcəyim heç nə yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*