V.Rossi Ferstappeni tərifləyib

MotoGP əfsanəsi Valentino Rossi bildirib ki, Ferstappen çox istedadlı sürücüdür və stüardlar onu yavaşlatmaqla səhv edirlər.

F-1.az xatırladır ki, hollandiyalı sürücü 2016-cı il Meksika və 2017-ci il ABŞ yarışlarında cəza alaraq podiumdan endirilmişdi.

Valentino Rossi: “Ferstappen Formula1-in yeni ulduzudur. Heyif ki, insanlar bəzən onu yavaşlatmağa çalışırlar və ən çox sevdiyi işi görməyə qoymurlar. Əgər Formula1-də söz sahibi olsaydım, istərdim ki, peletonda daha 12 nəfər Ferstappen olsun. Bu idmanın onun kimi adamlara ehtiyacı var və yarışlara həyəcan qatır. Onun ötmələrini həyəcanla izləyirəm. Onu MotoGP-nin yeni sürücülərindən Yohan Zarkoya bənzədirəm. İkisi də hədəfə fokuslanıblarsa, onlara boşluq buraxmalısınız. Yoxsa yıxılarsınız”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*