Sıralanma turu

Quru. Havanın temperaturu +28° C, trasın temperaturu +29° C Mövsümün son yarışı ərəfəsində sıralanma turunun əvvəldən gərgin keçməsi gözlənirdi. Titula […]

Quru. Havanın temperaturu +28° C, trasın temperaturu +29° C

Mövsümün son yarışı ərəfəsində sıralanma turunun əvvəldən gərgin keçməsi gözlənirdi. Titula dörd namizəd sərbəst yürüşlərdə protokolların ilk dörd sətrini tutmuşdular, amma qüvvələr nisbəti dəyişirdi və sıralanma turu bütün suallara cavab verməli idi.

Sessiya yerli vaxtla 17:00-da başlayıb, artıq yarım saatdan sonra hava qaralmağa başlayıb, temperatur aşağı düşüb, asfalt soyuyub.

İlk sessiya sakit keçib, liderlər sürətli dövrə vurub boksa qayıdıblar. Yeni komandaların sürücüləri və Sebastyen Buemi mübarizəni dayandırıblar. Protokollara isə Fernando Alonso başçılıq edib. İkinci sessiyanın sonunda Həmilton və Massa az qala toqquşublar, Lyuis trasdan çıxıb və kamera qoyulmuş plastik dirəyi aşırdıb – britaniyalı sürücü həmin vaxt 17-ci yerdə idi, amma nəticəsini yaxşılaşdıra bilib. Protokollara Sebastyan Fettel başçılıq edib, mübarizəni isə Sauber və Force İndia komandalarının sürücüləri ilə birlikdə Kubitsa, Hülkenberq və Algersuari dayandırıblar.

Finalda mübarizə çox gərgin olub, Fettel mövsümdə onuncu poulunu qazanıb, Həmilton isə ona cəmi 0.03 saniyə uduzub. Sonuncu cəhdində Alonso üçüncü yerə yüksəlib, Uebber isə beşinci yerdən start alacaq – titula namizədlərin startı böyük maraqla gözlənilir…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 S.Fettel Red Bull Renault 03 1:40.318 01 1:39.874 1:39.394
02 L.Həmilton McLaren Mercedes 04 1:40.335 05 1:40.119 1:39.425 + 0.031
03 F.Alonso Ferrari Ferrari 01 1:40.170 06 1:40.311 1:39.792 + 0.398
04 C.Batton McLaren Mercedes 06 1:40.877 02 1:40.014 1:39.823 + 0.429
05 M.Uebber Red Bull Renault 05 1:40.690 04 1:40.074 1:39.925 + 0.531
06 F.Massa Ferrari Ferrari 08 1:40.942 07 1:40.323 1:40.202 + 0.808
07 R.Barrikello Williams Cosworth 07 1:40.904 09 1:40.476 1:40.203 + 0.809
08 N.Rosberq Mercedes GP Mercedes 12 1:41.222 08 1:40.452 1:40.516 + 1.122
09 M.Şumaher Mercedes GP Mercedes 02 1:40.231 03 1:40.060 1:40.589 + 1.195
10 V.Petrov Renault Renault 10 1:41.018 10 1:40.658 1:40.901 + 1.507
11 R.Kubitsa Renault Renault 13 1:41.336 11 1:40.780
12 K.Kobayaşi BMW Sauber Ferrari 11 1:41.045 12 1:40.783
13 A.Sutil Force İndia Mercedes 15 1:41.473 13 1:40.914
14 N.Haydfeld BMW Sauber Ferrari 14 1:41.409 14 1:41.113
15 N.Hülkenberq Williams Cosworth 09 1:41.015 15 1:41.418
16 V.Liutsi Force İndia Mercedes 16 1:41.681 16 1:41.642
17 X.Algersuari Toro Rosso Ferrari 17 1:41.707 17 1:41.738
18 S.Buemi Toro Rosso Ferrari 18 1:41.824
19 Y.Trulli Lotus Cosworth 19 1:43.516
20 H.Kovalaynen Lotus Cosworth 20 1:43.712
21 T.Qlok Virgin Cosworth 21 1:44.095
22 L.di Qrassi Virgin Cosworth 22 1:44.510
23 B.Senna Hispania Cosworth 23 1:45.085
24 K.Klin Hispania Cosworth 24 1:45.296

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Sıralanma turu

Əvvəl kiçik yağış, sonra qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +20° C, trasın temperaturu +23° C Dünən cümə sərbəst yürüşləri […]

Əvvəl kiçik yağış, sonra qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +20° C, trasın temperaturu +23° C

Dünən cümə sərbəst yürüşləri quru asfaltda keçsə də, axşam yağan yağış trası sürüşkən edib və dünən yığılmış işlənmiş rezini trasdan yuyub. Amma komandalar əvvəldən bilirdilər ki, sıralanma turu yağış altında, yarış isə quru havada keçəcək. Sessiyadan əvvəl kiçik yağış yağmağa başlayıb.

Birinci sessiyada Liutsi trasdan çıxıb və geri qayıdarkən az qala komanda yoldaşı ilə toqquşub, Qlok, Rosberq və Massa təhlükəsizlik zolağına səfər ediblər, Senna eskasında isə Bruno fırlanıb. Son saniyələrdə protokollara Fernando Alonso başçılıq edib, mübarizəni isə yeni komandaların sürücüləri ilə birlikdə Adrian Sutil dayandırıb. İkinci sessiyada yağış dayanıb, asfalt qurumağa başlayıb, nəticələr yaxşılaşmağa başlayıb. Mark Uebber protokollara başçılıq edib, mübarizəni isə Sauber və Toro Rosso sürücüləri ilə birlikdə Batton, Rosberq və Liutsi dayandırıblar.

Son sessiyada vəziyyət dəyişməyib, trayektoriya quruduğu üçün sürücülər slikə keçiblər və son nəticələr gözlənilməz olub. Kubitsa və Uebber 12-ci dövrədə trasda çıxıblar, poulu isə Niko Hülkenberq qazanıb – Williams düzgün sazlanmalar seçib və alman sürücü həm özü üçün, həm də komandası üçün 2005-ci ilin Avropa Qran Prsindən sonra ilk poulu qazanıb.

Sabah Nikonun ardınca titula namizəd olan dörd sürücü start alacaq, hər şey elə startda həll olunmalıdır…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 N.Hülkenberq Williams Cosworth 11 1:20.050 08 1:19.144 1:14.470
02 S.Fettel Red Bull Renault 03 1:19.160 02 1:18.691 1:15.519 + 1.049
03 M.Uebber Red Bull Renault 02 1:19.025 01 1:18.516 1:15.637 + 1.167
04 L.Həmilton McLaren Mercedes 10 1:19.931 04 1:18.921 1:15.747 + 1.277
05 F.Alonso Ferrari Ferrari 01 1:18.987 07 1:19.010 1:15.989 + 1.519
06 R.Barrikello Williams Cosworth 07 1:19.799 06 1:18.925 1:16.203 + 1.733
07 R.Kubitsa Renault Renault 04 1:19.249 03 1:18.877 1:16.552 + 2.082
08 M.Şumaher Mercedes GP Mercedes 08 1:19.879 05 1:18.923 1:16.925 + 2.455
09 F.Massa Ferrari Ferrari 06 1:19.778 10 1:19.200 1:17.101 + 2.631
10 V.Petrov Renault Renault 16 1:20.189 09 1:19.153 1:17.656 + 3.186
11 C.Batton McLaren Mercedes 09 1:19.905 11 1:19.288
12 K.Kobayaşi BMW Sauber Ferrari 05 1:19.741 12 1:19.385
13 N.Rosberq Mercedes GP Mercedes 13 1:20.153 13 1:19.486
14 X.Algersuari Toro Rosso Ferrari 14 1:20.158 14 1:19.581
15 S.Buemi Toro Rosso Ferrari 12 1:20.096 15 1:19.847
16 N.Haydfeld BMW Sauber Ferrari 15 1:20.174 16 1:19.899
17 V.Liutsi Force İndia Mercedes 17 1:20.592 17 1:20.357
18 A.Sutil Force İndia Mercedes 18 1:20.830
19 T.Qlok Virgin Cosworth 19 1:22.130
20 Y.Trulli Lotus Cosworth 20 1:22.250
21 H.Kovalaynen Lotus Cosworth 21 1:22.378
22 L.di Qrassi Virgin Cosworth 22 1:22.810
23 K.Klin Hispania Cosworth 23 1:23.083
24 B.Senna Hispania Cosworth 24 1:23.796

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Sıralanma turu

Quru. Buludlu. Havanın temperaturu +22° C, trasın temperaturu +28° C Yeni trasda mübarizənin gərgin olması əvvəldən proqnozlaşdırılırdı. Yonam trasının müxtəlif […]

Quru. Buludlu. Havanın temperaturu +22° C, trasın temperaturu +28° C

Yeni trasda mübarizənin gərgin olması əvvəldən proqnozlaşdırılırdı. Yonam trasının müxtəlif sahələri müxtəlif komandalara uyğun gəlirdi, hər üç sərbəst yürüşdə müxtəlif komanda və sürücülər fərqlənmişdi, ona görə də poula namizədlərin sayı həddindən çox idi.

Birinci sessiyada mövsümdə adət etdiyimiz kimi yeni komandaların sürücüləri tam heyətlə və mövsümdə beşinci dəfə Vitantonio Liutsi mübarizəni dayandırıblar. Protokollara isə Lyuis Həmilton başçılıq edib. İkinci sessiyada Toro Rosso və Sauber sürücüləri ilə birlikdə Hülkenberq, Sutil və Petrov mübarizəni dayandırıblar, ən yaxşı nəticəni isə Mark Uebber göstərib.

Son sessiyada poul uğrunda mübarizə gərgin olub. Alonsonun nəticəsini sonuncu həmlələrində Uebber və Fettel üstələyiblər. Fettel mövsümdə 9-cu və kareyrasında 14-cü poulunu qazanıb. İkinci cərgədən yarışa Alonso və Həmilton qatılacaqlar.

Yarışın startı və ilk döngələr maraqlı olacaq, həm də ilkin proqnozlara görə hava yarışın gedişinə ciddi müdaxilə edəcək…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 S.Fettel Red Bull Renault 02 1:37.123 02 1:36.074 1:35.585
02 M.Uebber Red Bull Renault 04 1:37.373 01 1:36.039 1:35.659 + 0.074
03 F.Alonso Ferrari Ferrari 03 1:37.144 05 1:36.287 1:35.766 + 0.181
04 L.Həmilton McLaren Mercedes 01 1:37.113 04 1:36.197 1:36.062 + 0.477
05 N.Rosberq Mercedes GP Mercedes 07 1:37.708 06 1:36.791 1:36.535 + 0.950
06 F.Massa Ferrari Ferrari 05 1:37.515 03 1:36.169 1:36.571 + 0.986
07 C.Batton McLaren Mercedes 10 1:38.123 07 1:37.064 1:36.731 + 1.146
08 R.Kubitsa Renault Renault 06 1:37.703 09 1:37.179 1:36.824 + 1.239
09 M.Şumaher Mercedes GP Mercedes 08 1:37.980 08 1:37.077 1:36.950 + 1.365
10 R.Barrikello Williams Cosworth 13 1:38.257 10 1:37.511 1:36.998 + 1.413
11 N.Hülkenberq Williams Cosworth 09 1:38.115 11 1:37.620
12 K.Kobayaşi BMW Sauber Ferrari 14 1:38.429 12 1:37.643
13 N.Haydfeld BMW Sauber Ferrari 11 1:38.171 13 1:37.715
14 A.Sutil Force İndia Mercedes 15 1:38.572 14 1:37.783
15 V.Petrov Renault Renault 12 1:38.174 15 1:37.799
16 X.Algersuari Toro Rosso Ferrari 16 1:38.583 16 1:37.853
17 S.Buemi Toro Rosso Ferrari 17 1:38.621 17 1:38.594
18 V.Liutsi Force İndia Mercedes 18 1:38.955
19 Y.Trulli Lotus Cosworth 19 1:40.521
20 T.Qlok Virgin Cosworth 20 1:40.748
21 H.Kovalaynen Lotus Cosworth 21 1:41.768
22 L.di Qrassi Virgin Cosworth 22 1:42.325
23 S.Yamamoto Hispania Cosworth 23 1:42.444
24 B.Senna Hispania Cosworth 24 1:43.283

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Sıralanma turu

Quru. Günəşli. Havanın temperaturu +26° C, trasın temperaturu +32° C Dünən güclü yağış üzündən sıralanma turu bu gün səhərə keçirilmişdi. […]

Quru. Günəşli. Havanın temperaturu +26° C, trasın temperaturu +32° C

Dünən güclü yağış üzündən sıralanma turu bu gün səhərə keçirilmişdi. Səhər səmaya günəş qalxıb, amma sessiyanın əvvəlində trasın bəzi yerləri hələ nəm olub.

Doğrudan da, bəzi sürücülər ilk sessiyaya keçid təkərləri ilə çıxıblar, amma bərk təkərlər daha sürətli olub. Yeni komandaların sürücüləri ilə birlikdə Sebastyen Buemi birinci sessiyada mübarizəni dayandırıblar, ən yaxşı nəticəni isə Sebastyan Fettel göstərib. İkinci sessiyada da Red Bull cütlüyünün üstünlüyü aşkar olub. Yenə də fettel komanda yoldaşını qabaqlayıb. Mübarizəni isə Sauber və Force İndia sürücüləri ilə birlikdə Massa, Petrov və Algersuari dayandırıblar.

Sonuncu sessiyada poul uğrunda mübarizəni Red Bull sürücüləri aparıblar və bu dəfə də Fettel komanda yoldaşından üstün olub. Lyuis Həmilton üçüncü olsa da, yarışa səkkizinci yerdən başlamalı olacaq – dünən britaniyalı sürücünün maşınında ötürmələr qutusunu dəyişiblər. Ona görə də ikinci cərgədən yarışa Robert Kubitsa və Fernando Alonso başlayacaqlar.

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 S.Fettel Red Bull Renault 01 1:32.035 01 1:31.184 1:30.785
02 M.Uebber Red Bull Renault 05 1:32.476 02 1:31.241 1:30.853 + 0.068
03 L.Həmilton McLaren Mercedes 12 1:32.809 03 1:31.523 1:31.169 + 0.384
04 R.Kubitsa Renault Renault 11 1:32.808 09 1:32.042 1:31.231 + 0.446
05 F.Alonso Ferrari Ferrari 07 1:32.555 05 1:31.819 1:31.352 + 0.567
06 C.Batton McLaren Mercedes 08 1:32.636 04 1:31.763 1:31.378 + 0.593
07 N.Rosberq Mercedes GP Mercedes 03 1:32.238 07 1:31.886 1:31.494 + 0.709
08 R.Barrikello Williams Cosworth 04 1:32.361 06 1:31.874 1:31.535 + 0.750
09 N.Hülkenberq Williams Cosworth 02 1:32.211 08 1:31.926 1:31.559 + 0.774
10 M.Şumaher Mercedes GP Mercedes 06 1:32.513 10 1:32.073 1:31.846 + 1.061
11 N.Haydfeld BMW Sauber Ferrari 14 1:33.011 11 1:32.187
12 F.Massa Ferrari Ferrari 09 1:32.721 12 1:32.321
13 V.Petrov Renault Renault 13 1:32.849 13 1:32.422
14 K.Kobayaşi BMW Sauber Ferrari 10 1:32.783 14 1:32.427
15 A.Sutil Force İndia Mercedes 15 1:33.186 15 1:32.659
16 X.Algersuari Toro Rosso Ferrari 17 1:33.471 16 1:33.071
17 V.Liutsi Force İndia Mercedes 16 1:33.216 17 1:33.154
18 S.Buemi Toro Rosso Ferrari 18 1:33.568
19 Y.Trulli Lotus Cosworth 19 1:35.346
20 H.Kovalaynen Lotus Cosworth 20 1:35.464
21 L.di Qrassi Virgin Cosworth 21 1:36.265
22 T.Qlok Virgin Cosworth 22 1:36.332
23 B.Senna Hispania Cosworth 23 1:37.270
24 S.Yamamoto Hispania Cosworth 24 1:37.365

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Sıralanma turu

Quru. Havanın temperaturu +28° C, trasın temperaturu +28° C Sinqapurda yüksək rütübət üzündən tras hələ tam qurumamış sıralanma turu başlayıb, […]

Quru. Havanın temperaturu +28° C, trasın temperaturu +28° C

Sinqapurda yüksək rütübət üzündən tras hələ tam qurumamış sıralanma turu başlayıb, trasın müəyyən sahələrində hələ də səhər yağan yağışdan sonra nəm yerlər qalıb.

Birinci sessiyanın düz ortasında Felipe Massanın maşınında ötürmələr qutusunda problemlər yaranıb, F10 düz trasın ortasında dayandığı üçün sessiya qırmızı bayraqlarla dayandırılıb, maşın evakuasiya olunub. Beləliklə, Felipe və yeni komandaların bütün sürücüləri mübarizəni dayandırıblar, protokollara isə Fernando Alonso başçılıq edib. İkinci sessiyanın əvvəlində isə Vitaliy Petrov trasda fırlanaraq qoruyucu baryerlərə çırpılıb, onunla birlikdə Hülkenberq, Haydfeld və Toro Rosso, Force İndia sürücüləri mübarizəni dayandırıblar, protokollara isə Sebastyan Fettel başçılıq edib.

Son sessiyada Fernando Alonso elə ilk dövrəsində ən yaxşı nəticə göstərərək, mövsümdə ikinci ardıcıl, karyerasında isə iyirminci poulunu qazanıb. Onunla yanaşı yarışa Sebastyan Fettel başlayacaq, arxadan isə McLaren sürücüləri hücum edəcəklər. Titula namizəd olan beş sürücü ilk beşlikdən start alacaq – çox maraqlı start olacaq!

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 F.Alonso Ferrari Ferrari 01 1:46.541 02 1:45.809 1:45.390
02 S.Fettel Red Bull Renault 02 1:46.960 01 1:45.561 1:45.457 + 0.067
03 L.Həmilton McLaren Mercedes 09 1:48.296 04 1:46.042 1:45.571 + 0.181
04 C.Batton McLaren Mercedes 06 1:48.032 05 1:46.490 1:45.944 + 0.554
05 M.Uebber Red Bull Renault 03 1:47.088 03 1:45.908 1:45.977 + 0.587
06 R.Barrikello Williams Cosworth 08 1:48.183 08 1:47.019 1:46.236 + 0.846
07 N.Rosberq Mercedes GP Mercedes 12 1:48.554 06 1:46.783 1:46.443 + 1.053
08 R.Kubitsa Renault Renault 04 1:47.657 07 1:46.949 1:46.593 + 1.203
09 M.Şumaher Mercedes GP Mercedes 10 1:48.425 09 1:47.160 1:46.702 + 1.312
10 K.Kobayaşi BMW Sauber Ferrari 15 1:48.908 10 1:47.599 1:47.884 + 2.494
11 X.Algersuari Toro Rosso Ferrari 07 1:48.127 11 1:47.666
12 N.Hülkenberq Williams Cosworth 05 1:47.984 12 1:47.674
13 V.Petrov Renault Renault 14 1:48.906 13 1:48.165
14 S.Buemi Toro Rosso Ferrari 17 1:49.063 14 1:48.502
15 N.Haydfeld BMW Sauber Ferrari 13 1:48.696 15 1:48.557
16 A.Sutil Force İndia Mercedes 11 1:48.496 16 1:48.899
17 V.Liutsi Force İndia Mercedes 16 1:48.988 17 1:48.961
18 T.Qlok Virgin Cosworth 18 1:50.721
19 H.Kovalaynen Lotus Cosworth 19 1:50.915
20 L.di Qrassi Virgin Cosworth 20 1:51.107
21 Y.Trulli Lotus Cosworth 21 1:51.641
22 K.Klin Hispania Cosworth 22 1:52.946
23 B.Senna Hispania Cosworth 23 1:54.174
24 F.Massa Ferrari Ferrari 24

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Sıralanma turu

Quru. Günəşli. Havanın temperaturu +26° C, trasın temperaturu +38° C Monsada qüvvələr nisbəti həmişə gözlənilməz alınır. Sərbəst yürüşlərin nəticələrinə görə […]

Quru. Günəşli. Havanın temperaturu +26° C, trasın temperaturu +38° C

Monsada qüvvələr nisbəti həmişə gözlənilməz alınır. Sərbəst yürüşlərin nəticələrinə görə istənilən proqnoz irəli sürmək olar, amma yalnız sıralanma turu hər suala cavab verir. Sürətli trasın xarakteristikaları çox nadirdir, bəzən ortabab komandalar burda uğur qazanır, liderlər isə geri qalır.

Sərbəst yürüşlərdə komandalar aerodinamika ilə aktiv işləyiblər – minimal müqavimətlə əylənmədə stabillik arasında kompromis tapmaq lazım idi. Bəzi maşınlarda arxa antiqanadın effektliyini dəyişən hava kanalı saxlanılıb, bəzilərində isə çıxarılıb. McLaren komandası sürücülər üçün fərqli konfiqurasiya seçib – Lyuis Həmilton mövsümdə birinci dəfə trasa hava kanalı olmayan maşınla çıxıb, Censon Batton isə hava kanalından istifadə edib.

İlk sessiyada Liutsinin maşınında problemlər yaşanıb – italiyalı sürücü yeni komandaların tam heyəti ilə birlikdə ilk sessiyada mübarizəni dayandırmalı olub. Yeni komandaların daxili çempionatında isə yenə də Yarno Trulli qalib gəlib. Protokollara isə Felipe Massa başçılıq edib. İkinci sessiyada isə onun komanda yoldaşı Fernando Alonso fəqrlənib, mübarizəni isə Toro Rosso və Sauber komandaları ilə birlikdə Sutil, Şumaher və Petrov dayandırıblar.

Son sessiyada Fernando Alonso Ferrari-nin ev trasında üstünlüyünü təsdiq edib, Skuderiyanın 30 Qran Prilik poul həsrətinə son qoyub – ispaniyalı sürücü karyerasında 19-cu poulunu qazanıb. Sabah onunla yanaşı yarışa Censon Batton qatılacaq, arxadan isə Massa və Uebber hücuma fürsət gözləyəcəklər. Hər halda, bizi maraqlı start gözləyir!

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 F.Alonso Ferrari Ferrari 02 1:22.646 01 1:22.297 1:21.962
02 C.Batton McLaren Mercedes 04 1:23.085 02 1:22.354 1:22.084 + 0.122
03 F.Massa Ferrari Ferrari 01 1:22.421 04 1:22.610 1:22.293 + 0.331
04 M.Uebber Red Bull Renault 07 1:23.431 06 1:22.706 1:22.433 + 0.471
05 L.Həmilton McLaren Mercedes 03 1:22.830 03 1:22.394 1:22.623 + 0.661
06 S.Fettel Red Bull Renault 06 1:23.235 05 1:22.701 1:22.675 + 0.713
07 N.Rosberq Mercedes GP Mercedes 10 1:23.529 09 1:23.055 1:23.027 + 1.065
08 N.Hülkenberq Williams Cosworth 09 1:23.516 08 1:22.989 1:23.037 + 1.075
09 R.Kubitsa Renault Renault 05 1:23.234 07 1:22.880 1:23.039 + 1.077
10 R.Barrikello Williams Cosworth 11 1:23.695 10 1:23.142 1:23.328 + 1.366
11 A.Sutil Force İndia Mercedes 08 1:23.493 11 1:23.199
12 M.Şumaher Mercedes GP Mercedes 13 1:23.840 12 1:23.388
13 K.Kobayaşi BMW Sauber Ferrari 16 1:24.273 13 1:23.659
14 S.Buemi Toro Rosso Ferrari 12 1:23.744 14 1:23.681
15 V.Petrov Renault Renault 15 1:24.086 15 1:23.819
16 X.Algersuari Toro Rosso Ferrari 14 1:24.083 16 1:23.919
17 P.de la Rosa BMW Sauber Ferrari 17 1:24.442 17 1:24.044
18 Y.Trulli Lotus Cosworth 18 1:25.540
19 H.Kovalaynen Lotus Cosworth 19 1:25.742
20 V.Liutsi Force İndia Mercedes 20 1:25.774
21 T.Qlok Virgin Cosworth 21 1:25.934
22 L.di Qrassi Virgin Cosworth 22 1:25.974
23 B.Senna Hispania Cosworth 23 1:26.847
24 S.Yamamoto Hispania Cosworth 24 1:27.020

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Sıralanma turu

Quru, kiçik yağış. Buludlu. Havanın temperaturu +16° C, trasın temperaturu +23° C Spa bir daha sübut edib ki, burada havanı […]

Quru, kiçik yağış. Buludlu. Havanın temperaturu +16° C, trasın temperaturu +23° C

Spa bir daha sübut edib ki, burada havanı qabaqcadan söyləmək mümkün deyil. Üç sərbəst yürüş sessiyasında sürücülər Bridgestone şirkətinin Belçikaya gətirdiyi bütün təkər tərkiblərindən istifadə ediblər. Sıralanma turundan əvvəl göyün üzü təmizlənib, günəş görünüb, amma trasın müəyyən sahələri nəm qalıb, xüsusən də porebriklər.

Sessiya başlayan kimi sürücülər qatar kimi düzülərək trasa tələsiblər. Bir neçə dəqiqədən sonra Vitaliy Petrov doqquzuncu döngədə porebrikin üzərində Renault-sunu saxlaya bilməyib, maşın trasda fıralanaraq qoruyucu baryerlərə çırpılıb, sessiya qayandırılıb, maşın evakuasiya olunub.

Avtodromun üzərinə gələn qara buludları görən sürücülər trasa tələsiblər, trasa düşən ilk yağış damçıları on dördüncü döngədə təhlükəli vəziyyət yaradıb – yavaş maşınları keçməyə çalışan sürücülər trasdan çıxıblar, amma ciddi insident olmayıb. Asfalt tam islansa da, yağış başladığı kimi tez də kəsib.

Keçid təkərlərlə trasa qayıdan sürücülər ikinci həmləyə sliklərlə çıxıblar, bunu birincilərdən edən Sauber sürücüləri Kobayaşi və de la Rosa sürüşərək trasdan çıxıblar və mübarizəni dayandırıblar.

Birinci sessiyada protokollara Niko Rosberq başçılıq edib, Sauber və Hispaniya komandalarının sürücüləri ilə birlikdə Trulli, di Qrassi və Petrov mübarizədən kənar qalıblar. İkinci sessiyada isə Lyuis Həmilton ən sürətli olub, mübarizəni isə Mercedes GP və Toro Rosso sürücüləri ilə birlikdə Liutsi, Kovalaynen və Qlok qayandırıblar.

Son sessiyada sürücülər birinci cəhdlərini etdikdən sonra kiçik yağış başlayıb, amma trasın çox hissəsi quru qaldığı üçün McLaren sürücüləri nəticələrini yaxşılaşdıra biliblər. Mark Uebber isə karyerasında altıncı, mövsümdə beşinci poulunu qazanıb – Red Bull mövsümün 13-cü yarışında 12-ci poulu qazanıb.

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 M.Uebber Red Bull Renault 08 1:57.352 04 1:47.253 1:45.778
02 L.Həmilton McLaren Mercedes 06 1:56.706 01 1:46.211 1:45.863 + 0.085
03 R.Kubitsa Renault Renault 04 1:56.041 06 1:47.320 1:46.100 + 0.322
04 S.Fettel Red Bull Renault 11 1:58.710 03 1:46.127 1:46.127 + 0.349
05 C.Batton McLaren Mercedes 09 1:57.981 02 1:46.790 1:46.206 + 0.428
06 F.Massa Ferrari Ferrari 10 1:58.323 07 1:47.322 1:46.314 + 0.536
07 R.Barrikello Williams Cosworth 03 1:55.757 09 1:47.797 1:46.602 + 0.824
08 A.Sutil Force İndia Mercedes 12 1:58.730 05 1:47.292 1:46.659 + 0.881
09 N.Hülkenberq Williams Cosworth 02 1:55.442 10 1:47.821 1:47.053 + 1.275
10 F.Alonso Ferrari Ferrari 07 1:57.023 08 1:47.544 1:47.441 + 1.663
11 M.Şumaher Mercedes GP Mercedes 05 1:56.313 11 1:47.874
12 N.Rosberq Mercedes GP Mercedes 01 1:54.826 12 1:47.885
13 X.Algersuari Toro Rosso Ferrari 13 1:58.944 13 1:48.267
14 V.Liutsi Force İndia Mercedes 15 2:01.102 14 1:48.680
15 S.Buemi Toro Rosso Ferrari 14 2:00.386 15 1:49.209
16 H.Kovalaynen Lotus Cosworth 17 2:01.343 16 1:50.980
17 T.Qlok Virgin Cosworth 16 2:01.316 17 1:52.049
18 Y.Trulli Lotus Cosworth 18 2:01.491
19 K.Kobayaşi BMW Sauber Ferrari 19 2:02.284
20 B.Senna Hispania Cosworth 20 2:03.612
21 S.Yamamoto Hispania Cosworth 21 2:03.941
22 P.de la Rosa BMW Sauber Ferrari 22 2:05.294
23 L.di Qrassi Virgin Cosworth 23 2:18.754
24 V.Petrov Renault Renault 24

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Sıralanma turu

Quru. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +39° C Hunqarorinqdə sıralanma turu böyük əhəmiyyət kəsb edir, dar və yavaş […]

Quru. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +39° C

Hunqarorinqdə sıralanma turu böyük əhəmiyyət kəsb edir, dar və yavaş trasda ötmək mümkün deyil, ona görə də Macarıstanda çox şey start mövqeyindən və yaxşı birinci dövrədən asılı olur. Hava proqnozu yağış vəd etsə də, sessiya yağıntısız ötüşüb.

Birinci sessiyada həmişəki kimi mübarizəni yeni komandalar tam heyətilə və Kamui Kobayaşi dayandırıblar, yeni komandalardan ən yaxşı nəticəni isə gəzlənilmədən Timo Qlok göstərib. Protokollara isə Sebastyan Fettel başçılıq edib. İkinci sessiyada Force İndia və Toro Rosso tam heyətlə, Batton, Barrikello və Şumaher mabrizəni dayandırıblar. Protokollara isə Mark Uebber başçılıq edib.

Son sessiyada Fettel inanılmaz nəticə göstərib – 1:18.773, bu gənc alman sürücünün mövsümdə 7-ci və karyerasında 12-ci pouludur. Mark Uebber Red Bull-a ilk cərgəni qazandırıb. Ferrari sürücüləri Alonso və Massa ikinci cərgədən start alacaqlar. Start çox maraqlı olacaq – son iki yarışda Fettel elə birinci döngədə uduzub…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 S.Fettel Red Bull Renault 01 1:20.417 02 1:19.573 1:18.773
02 M.Uebber Red Bull Renault 02 1:21.132 01 1:19.531 1:19.184 + 0.411
03 F.Alonso Ferrari Ferrari 05 1:21.278 03 1:20.237 1:19.987 + 1.211
04 F.Massa Ferrari Ferrari 06 1:21.299 06 1:20.857 1:20.331 + 1.558
05 L.Həmilton McLaren Mercedes 08 1:21.455 08 1:20.877 1:20.499 + 1.726
06 N.Rosberq Mercedes GP Mercedes 04 1:21.212 05 1:20.811 1:21.082 + 2.309
07 V.Petrov Renault Renault 10 1:21.558 04 1:20.797 1:21.229 + 2.456
08 R.Kubitsa Renault Renault 03 1:21.159 07 1:20.867 1:21.328 + 2.555
09 P.de la Rosa BMW Sauber Ferrari 14 1:21.891 09 1:21.273 1:21.411 + 2.638
10 N.Hülkenberq Williams Cosworth 11 1:21.598 10 1:21.275 1:21.710 + 2.937
11 C.Batton McLaren Mercedes 07 1:21.422 11 1:21.292
12 R.Barrikello Williams Cosworth 09 1:21.478 12 1:21.331
13 A.Sutil Force İndia Mercedes 17 1:22.080 13 1:21.517
14 M.Şumaher Mercedes GP Mercedes 13 1:21.840 14 1:21.630
15 S.Buemi Toro Rosso Ferrari 16 1:21.982 15 1:21.897
16 V.Liutsi Force İndia Mercedes 12 1:21.789 16 1:21.927
17 X.Algersuari Toro Rosso Ferrari 15 1:21.978 17 1:21.998
18 K.Kobayaşi BMW Sauber Ferrari 18 1:22.222
19 T.Qlok Virgin Cosworth 19 1:24.050
20 H.Kovalaynen Lotus Cosworth 20 1:24.120
21 Y.Trulli Lotus Cosworth 21 1:24.199
22 L.di Qrassi Virgin Cosworth 22 1:25.118
23 B.Senna Hispania Cosworth 23 1:26.391
24 S.Yamamoto Hispania Cosworth 24 1:26.453

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Sıralanma turu

Quru. Buludlu. Havanın temperaturu +22° C, trasın temperaturu +31° C Sessiyanın startından beş dəqiqə sonra trasda qırmızı bayraqlar dalğalanıb – […]

Quru. Buludlu. Havanın temperaturu +22° C, trasın temperaturu +31° C

Sessiyanın startından beş dəqiqə sonra trasda qırmızı bayraqlar dalğalanıb – Vitantonio Liutsi porebriklər üzərində maşını saxlaya bilməyərək qoruyucu baryerlərə çırpıb. Sürücü müstəqil şəkildə maşını tərk edib və tibbi maşına əyləşib, bir qədər sonra isə komandasının ixtiyarına buraxılıb.

Birinci sessiyanın protokollarına Fernando Alonso başçılıq edib, yeni komandalar tam heyətilə və Liutsi mübarizəni dayandırıblar. Lukas di Qrassi isə heç bir dövrə belə vurmayıb. İkinci sessiyada yenə Alonso ən sürətli olub, mübarizəni isə Sauber, Toro Rosso sürücüləri ilə birlikdə Mixael Şumaher, Vitaliy Petrov, Adrian Sutil dayandırıblar.

Hamının Ferrari-dən mövsümdə ilk poul gözlədiyi halda ev trasında Sebastyan Fettel birinci olub – karyerasında 11-ci, mövsümdə 6-cı polunu qazanan alman sürücü Alonsonu cəmi 0.002 saniyə qabaqlaya bilib. İlk iki cərgədən Red Bull və Ferrari sürücüləri start alacaqlar, McLaren sürücüləri üçüncü cərgədən yarışa başlayacaqlar…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 S.Fettel Red Bull Renault 02 1:15.152 02 1:14.249 1:13.791
02 F.Alonso Ferrari Ferrari 01 1:14.808 01 1:14.081 1:13.793 + 0.002
03 F.Massa Ferrari Ferrari 03 1:15.216 04 1:14.478 1:14.290 + 0.499
04 M.Uebber Red Bull Renault 04 1:15.334 03 1:14.340 1:14.347 + 0.556
05 C.Batton McLaren Mercedes 07 1:15.823 07 1:14.716 1:14.427 + 0.636
06 L.Həmilton McLaren Mercedes 05 1:15.505 05 1:14.488 1:14.566 + 0.775
07 R.Kubitsa Renault Renault 06 1:15.736 08 1:14.835 1:15.079 + 1.288
08 R.Barrikello Williams Cosworth 14 1:16.398 06 1:14.698 1:15.109 + 1.318
09 N.Rosberq Mercedes GP Mercedes 11 1:16.178 10 1:15.018 1:15.179 + 1.388
10 N.Hülkenberq Williams Cosworth 13 1:16.387 09 1:14.943 1:15.339 + 1.548
11 M.Şumaher Mercedes GP Mercedes 10 1:16.084 11 1:15.026
12 K.Kobayaşi BMW Sauber Ferrari 08 1:15.951 12 1:15.084
13 V.Petrov Renault Renault 16 1:16.521 13 1:15.307
14 A.Sutil Force İndia Mercedes 12 1:16.220 14 1:15.467
15 P.de la Rosa BMW Sauber Ferrari 15 1:16.450 15 1:15.550
16 X.Algersuari Toro Rosso Ferrari 17 1:16.664 16 1:15.588
17 S.Buemi Toro Rosso Ferrari 09 1:16.029 17 1:15.974
18 Y.Trulli Lotus Cosworth 18 1:17.583
19 H.Kovalaynen Lotus Cosworth 19 1:18.300
20 T.Qlok Virgin Cosworth 20 1:18.343
21 B.Senna Hispania Cosworth 21 1:18.592
22 V.Liutsi Force İndia Mercedes 22 1:18.952
23 S.Yamamoto Hispania Cosworth 23 1:19.844
24 L.di Qrassi Virgin Cosworth 24

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Sıralanma turu

Quru. Buludlu. Havanın temperaturu +25° C, trasın temperaturu +35° C Sıralanma turundan əvvəl Silverstounda buludlar səmanı örtüblər, külək güclənib, uzaqlarda […]

Quru. Buludlu. Havanın temperaturu +25° C, trasın temperaturu +35° C

Sıralanma turundan əvvəl Silverstounda buludlar səmanı örtüblər, külək güclənib, uzaqlarda isə yağış dolu buludlar görünüb, amma proqnoz yağış vəd etməyib və bu dəfə özünü doğruldub.

Birinci sessiyada, gözlənildiyi kimi, yeni komandaların sürücüləri ilə birlikdə Xayme Algersuari mübarizəni dayandırıb. Yeni komandaların çempionatında yenə də Heykki Kovalaynen qalib gəlib. Protokollara isə Red Bull sürücüsü Sebastyan Fettel başçılıq edib. İkinci sessiyada Force İndia sürücüləri ilə birlikdə Sebastyen Buemi, Vitaliy Petrov, Censon Batton, Niko Hülkenberq və Kamui Kobayaşi mübarizəni dayandırıblar. Protokollara isə Red Bull-un digər sürücüsü Mark Uebber başçılıq edib.

Son sessiyada Sebastyan Fettel rəqiblərinə heç bir şans verməyərək karyerasında onuncu və mövsümdə beşinci poulunu qazanıb. Onun komanda yoldaşı Mark Uebber ikinci nəticə göstərib – Red Bull yenə də ilk cərgəni tam zəbt edib, ikinci cərgədən isə sabah barışmaz rəqiblər – Fernando Alonso və Lyuis Həmilton start alacaqlar…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 S.Fettel Red Bull Renault 01 1:30.841 02 1:30.480 1:29.615
02 M.Uebber Red Bull Renault 02 1:30.858 01 1:30.114 1:29.758 + 0.143
03 F.Alonso Ferrari Ferrari 03 1:30.997 03 1:30.700 1:30.426 + 0.811
04 L.Həmilton McLaren Mercedes 05 1:31.297 07 1:31.118 1:30.556 + 0.941
05 N.Rosberq Mercedes GP Mercedes 10 1:31.626 06 1:31.085 1:30.625 + 1.010
06 R.Kubitsa Renault Renault 12 1:31.680 10 1:31.344 1:31.040 + 1.425
07 F.Massa Ferrari Ferrari 06 1:31.313 04 1:31.010 1:31.172 + 1.557
08 R.Barrikello Williams Cosworth 07 1:31.424 08 1:31.126 1:31.175 + 1.560
09 P.de la Rosa BMW Sauber Ferrari 09 1:31.533 09 1:31.327 1:31.274 + 1.659
10 M.Şumaher Mercedes GP Mercedes 15 1:32.058 05 1:31.022 1:31.430 + 1.815
11 A.Sutil Force İndia Mercedes 04 1:31.109 11 1:31.399
12 K.Kobayaşi BMW Sauber Ferrari 13 1:31.851 12 1:31.421
13 N.Hülkenberq Williams Cosworth 16 1:32.144 13 1:31.635
14 C.Batton McLaren Mercedes 08 1:31.435 14 1:31.699
15 V.Liutsi Force İndia Mercedes 17 1:32.226 15 1:31.708
16 V.Petrov Renault Renault 11 1:31.638 16 1:31.796
17 S.Buemi Toro Rosso Ferrari 14 1:31.901 17 1:32.012
18 X.Algersuari Toro Rosso Ferrari 18 1:32.430
19 H.Kovalaynen Lotus Cosworth 19 1:34.405
20 T.Qlok Virgin Cosworth 20 1:34.775
21 Y.Trulli Lotus Cosworth 21 1:34.864
22 L.di Qrassi Virgin Cosworth 22 1:35.212
23 K.Çandhok Hispania Cosworth 23 1:36.576
24 S.Yamamoto Hispania Cosworth 24 1:36.968

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Sıralanma turu

Quru. Günəşli. Havanın temperaturu +25° C, trasın temperaturu +45° C Bir çox komandalar Valensiyaya maşınalrın yenilənmiş versiyalarını gətiriblər və sıralanma […]

Quru. Günəşli. Havanın temperaturu +25° C, trasın temperaturu +45° C

Bir çox komandalar Valensiyaya maşınalrın yenilənmiş versiyalarını gətiriblər və sıralanma turu bu yeniliklərin effektliyini göstərməli idi. Uik-endin gedişində sürətlər artıb, trasın vəziyyəti yaxşılaşıb, mübarizə kəskin alınıb.

Birinci sessiyada ənənəvi olaraq yeni komandaların sürücüləri ilə birlikdə mübarizəni ikinci dəfə ardıcıl olaraq Kamui kobayaşi dayandırıb, protokollara isə Renault sürücüsü Robert Kubitsa başçılıq edib. İkinci sessiya sakit keçib, son cəhdlərində bəzi sürücülər yumşaq təkərlərə keçiblər, protokollara isə Sebastyan Fettel başçılıq edib. Mübarizəni isə Mercedes GP, Force İndia, Toro Rosso komandaları bütünlüklə və Pedro de la Rossa dayandırıblar.

Red Bull, Ferrari, McLaren, Renault və Williams komandaları isə bütünlüklə üçüncü sessiyaya adlayıblar. Sebastyan Fettel isə trasın yeni rekordu ilə poul qazanıb, Mark Uebber ikinci olub – Red Bull birinci cərgəni zəbt edib. Fettel mövsümdə dördüncü və karyerasında doqquzuncu dəfə yarışa pouldan başlayacaq…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 S.Fettel Red Bull Renault 02 1:38.324 01 1:38.015 1:37.587
02 M.Uebber Red Bull Renault 06 1:38.549 02 1:38.041 1:37.662 + 0.075
03 L.Həmilton McLaren Mercedes 08 1:38.697 05 1:38.158 1:37.969 + 0.382
04 F.Alonso Ferrari Ferrari 05 1:38.472 06 1:38.179 1:38.075 + 0.488
05 F.Massa Ferrari Ferrari 07 1:38.657 03 1:38.046 1:38.127 + 0.540
06 R.Kubitsa Renault Renault 01 1:38.132 04 1:38.062 1:38.137 + 0.550
07 C.Batton McLaren Mercedes 03 1:38.360 08 1:38.399 1:38.210 + 0.623
08 N.Hülkenberq Williams Cosworth 10 1:38.843 09 1:38.523 1:38.428 + 0.814
09 R.Barrikello Williams Cosworth 04 1:38.449 07 1:38.326 1:38.428 + 0.814
10 V.Petrov Renault Renault 14 1:39.004 10 1:38.552 1:38.523 + 0.936
11 S.Buemi Toro Rosso Ferrari 16 1:39.096 11 1:38.586
12 N.Rosberq Mercedes GP Mercedes 09 1:38.752 12 1:38.627
13 A.Sutil Force İndia Mercedes 15 1:39.021 13 1:38.851
14 V.Liutsi Force İndia Mercedes 11 1:38.969 14 1:38.884
15 M.Şumaher Mercedes GP Mercedes 12 1:38.994 15 1:39.234
16 P.de la Rosa BMW Sauber Ferrari 13 1:39.003 16 1:39.264
17 X.Algersuari Toro Rosso Ferrari 17 1:39.128 17 1:39.458
18 K.Kobayaşi BMW Sauber Ferrari 18 1:39.343
19 Y.Trulli Lotus Cosworth 19 1:40.658
20 H.Kovalaynen Lotus Cosworth 20 1:40.882
21 L.di Qrassi Virgin Cosworth 21 1:42.086
22 T.Qlok Virgin Cosworth 22 1:42.140
23 K.Çandhok Hispania Cosworth 23 1:42.600
24 B.Senna Hispania Cosworth 24 1:42.851

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Sıralanma turu

Quru. Buludlu. Havanın temperaturu +23° C, trasın temperaturu +31° C Proqnoz yağış vəd etsə də, sıralanma turu quru asfaltda keçib. […]

Quru. Buludlu. Havanın temperaturu +23° C, trasın temperaturu +31° C

Proqnoz yağış vəd etsə də, sıralanma turu quru asfaltda keçib. Trasın temperaturunun artması isə təkərlərin daha tez qızmasına səbəb olub.

Birinci sessiyanın protokollarına Lyuis Həmilton başçılıq edib, britaniyalı sürücü bərk təkərlərlə ən sürətli olub. Mübarizəni isə yeni komandalarının sürücüləri ilə birlikdə Kamui Kobayaşi dayandırıb. Qeyd etmək lazımdır ki, Heykki Kovalaynen yaponiyalı sürücüyə cəmi 0.2 saniyə uduzub – Lotus ciddi inkişaf edir.

İkinci sessiyada da Həmilton ən sürətli olub, amma bu dəfə yumşaq təkərlərlə, mübarizəni isə Williams və Toro Rosso komandalarının sürücüləri ilə birlikdə Pedro de la Rosa, Vitaliy Petrov və Mixael Şumaher dayandırıblar – yeddiqat dünya çempionu mövsümdə birinci dəfə üçüncü sessiyaya keçə bilməyib.

Son sessiyaya Red Bull sürücüləri və Robert Kubitsa bərk təkərlərlə çıxıblar, digər yeddilik isə yumşaq təkərlərlə. Amma buna baxmayaraq, son dəqiqələrdə Uebber və Fettel protokollara başçılıq ediblər, lakin son həmləsində Lyuis poul qazanıb. Sürətli dövrəsindən sonra britaniyalı sürücü maşını saxlamalı olub – baklarda yanacaq qalmayıb. Bununla Lyuis Kanadada üçüncü ardıcıl, mövsümdə birinci, karyerasında isə 18-ci poulunu qazanıb…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 L.Həmilton McLaren Mercedes 01 1:15.889 01 1:15.528 1:15.105
02 M.Uebber Red Bull Renault 07 1:16.423 05 1:15.692 1:15.373 + 0.168
03 S.Fettel Red Bull Renault 02 1:16.129 02 1:15.556 1:15.420 + 0.315
04 F.Alonso Ferrari Ferrari 03 1:16.171 03 1:15.597 1:15.435 + 0.330
05 C.Batton McLaren Mercedes 06 1:16.371 06 1:15.742 1:15.520 + 0.415
06 V.Liutsi Force İndia Mercedes 15 1:17.086 08 1:16.171 1:15.648 + 0.543
07 F.Massa Ferrari Ferrari 11 1:16.673 10 1:16.314 1:15.688 + 0.583
08 R.Kubitsa Renault Renault 05 1:16.370 04 1:15.682 1:15.715 + 0.610
09 A.Sutil Force İndia Mercedes 08 1:16.495 09 1:16.295 1:15.881 + 0.776
10 N.Rosberq Mercedes GP Mercedes 04 1:16.350 07 1:16.001 1:16.071 + 0.966
11 R.Barrikello Williams Cosworth 13 1:16.880 11 1:16.434
12 N.Hülkenberq Williams Cosworth 12 1:16.770 12 1:16.438
13 M.Şumaher Mercedes GP Mercedes 10 1:16.598 13 1:16.492
14 V.Petrov Renault Renault 09 1:16.569 14 1:16.844
15 S.Buemi Toro Rosso Ferrari 16 1:17.356 15 1:16.928
16 X.Algersuari Toro Rosso Ferrari 14 1:17.027 16 1:17.029
17 P.de la Rosa BMW Sauber Ferrari 17 1:17.611 17 1:17.384
18 K.Kobayaşi BMW Sauber Ferrari 18 1:18.019
19 H.Kovalaynen Lotus Cosworth 19 1:18.237
20 Y.Trulli Lotus Cosworth 20 1:18.698
21 T.Qlok Virgin Cosworth 21 1:18.941
22 B.Senna Hispania Cosworth 22 1:19.484
23 L.di Qrassi Virgin Cosworth 23 1:19.675
24 K.Çandhok Hispania Cosworth 24 1:27.757

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Sıralanma turu

Quru. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +38° C Dünən sürücülər buludsuz səma altında işləmişdilər, amma bu gün səhərdən […]

Quru. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +38° C

Dünən sürücülər buludsuz səma altında işləmişdilər, amma bu gün səhərdən göyün üzünü buludlar örtüb və asfalt soyuyub. Səhər sərbəst yürüşlərdə sürücülərin əksəriyyəti yumşaq təkərlərdə səkkizinci döngədə trasdan çıxıblar – təkərin effektliyi dəyişdiyindən komandaların hamısı sazlanmalara düzəlişlər ediblər.

Sıralanma turunun ilk sessiyası mövsümdə adət etdiyimiz senari üzrə keçib. Mübarizəni yeni komandalar tam heyətlə və Vitantonio Liutsi dayandırıblar, Sebastyan Fettel isə ən yaxşı nəticəyə imaz atıb. İkinci sessiyada da alman sürücü protokollara başçılıq edib, mübarizəni isə Williams, Toro Rosso sürücüləri ilə birlikdə Sutil, de la Rosa və gözlənilmədən Alonso dayandırıblar.

Üçüncü sessiyanın sonunda Mixael Şumaher səkkizinci döngədə trasdan çıxıb, yerində fırlanıb, trasda təhlükəli vəziyyət yaranıb və sarı bayraqlar sallanıb. Sürücülərin əksəriyyəti sürətli dövrədə olduqlarından heç kim nəticəsini yaxşılaşdıra bilməyib. Mixaeldən əvvəl dövrəsini başa vurmuş Həmilton ikinci, Mark Uebber isə birinci olublar.

Mark üçüncü ardıcıl, mövsümdə dördüncü, karyerasında isə beşinci poulunu qazanıb. Sıralanma turlarında bu mövsüm Red Bull əlçatmazdır – yeddi yarışda yeddi poul!

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 M.Uebber Red Bull Renault 02 1:27.500 02 1:26.818 1:26.295
02 L.Həmilton McLaren Mercedes 06 1:27.667 03 1:27.013 1:26.433 + 0.138
03 S.Fettel Red Bull Renault 01 1:27.067 01 1:26.729 1:26.760 + 0.465
04 C.Batton McLaren Mercedes 03 1:27.555 06 1:27.277 1:26.781 + 0.486
05 M.Şumaher Mercedes GP Mercedes 07 1:27.756 10 1:27.438 1:26.857 + 0.562
06 N.Rosberq Mercedes GP Mercedes 05 1:27.649 04 1:27.141 1:26.952 + 0.657
07 R.Kubitsa Renault Renault 08 1:27.766 08 1:27.426 1:27.039 + 0.744
08 F.Massa Ferrari Ferrari 11 1:27.993 05 1:27.200 1:27.082 + 0.787
09 V.Petrov Renault Renault 04 1:27.620 07 1:27.387 1:27.430 + 1.135
10 K.Kobayaşi BMW Sauber Ferrari 13 1:28.158 09 1:27.434 1:28.122 + 1.827
11 A.Sutil Force İndia Mercedes 10 1:27.951 11 1:27.525
12 F.Alonso Ferrari Ferrari 09 1:27.857 12 1:27.612
13 P.de la Rosa BMW Sauber Ferrari 12 1:28.147 13 1:27.879
14 S.Buemi Toro Rosso Ferrari 17 1:28.534 14 1:28.273
15 R.Barrikello Williams Cosworth 15 1:28.336 15 1:28.392
16 X.Algersuari Toro Rosso Ferrari 16 1:28.460 16 1:28.540
17 N.Hülkenberq Williams Cosworth 14 1:28.227 17 1:28.841
18 V.Liutsi Force İndia Mercedes 18 1:28.958
19 Y.Trulli Lotus Cosworth 19 1:30.237
20 H.Kovalaynen Lotus Cosworth 20 1:30.519
21 T.Qlok Virgin Cosworth 21 1:30.744
22 B.Senna Hispania Cosworth 22 1:31.266
23 L.di Qrassi Virgin Cosworth 23 1:31.989
24 K.Çandhok Hispania Cosworth 24 1:32.060

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Sıralanma turu

Quru. Günəşli. Havanın temperaturu +20° C, trasın temperaturu +37° C Sıralanma turundan əvvəl məlum olub ki, Ferrari-nin mexanikləri səhər sərbəst […]

Quru. Günəşli. Havanın temperaturu +20° C, trasın temperaturu +37° C

Sıralanma turundan əvvəl məlum olub ki, Ferrari-nin mexanikləri səhər sərbəst yürüşlərdə qəzaya uğramış Fernando Alonsonun maşının bərpa etməyə vaxt çatdıra bilməyəcəklər – maşının monokoku dağıldığından komdan ehtiyat şassini yığmağa qərar verib, ona görə də bu uik-end qələbəyə əsas namizədlərdən biri mübarizədən kənar qalıb.

Hələ Barselonada hamı Monte Karloda sıralanma turunun ilk sessiyasının gərgin olmasını əvvəlcədən söyləmişdi – knyazlığın paytaxtının küçələrində start mövqeyi həddən artıq vacibdir, dar küçələrdə sürət fərqi böyük olan maşınların təmiz dövrə keçməsi sual altında idi.

Gözlənildiyinin əksinə, ciddi bir problem olmayıb, qüvvələr nisbəti isə mövsümün ilk Qran Prilərini təkrar edib – ilk sessiyada mübarizəni yeni komandaların sürücüləri dayandırıblar, Fernando Alonso sıralanma turunu boksdan izləyib, onun komanda yoldaşı Felipe Massa isə protokollara başçılıq edib. İkinci sessiyada rusiyalı Vitaliy Petrov qəzaya uğrayıb, protokollara Niko Rosberq başçılıq edib, mübarizəni isə Toro Ross və Sauber sürücüləri ilə birlikdə Petrov, Niko Hülkenberq və Adrian Sutil dayandırıblar.

Son sessiyada isə mövsümdə altıncı dəfə ardıcıl olaraq Red Bull komandası sürətli olub. Son dəqiqələrdə Mark Uebber 74 saniyədən çıxan yeganə sürücü olub – bu Markın karyerasında dördüncü, mövsümdə üçüncü və ardıcıl ikinci pouludur. Sabah startda avstraliyalı sürücünün yanında Robert Kubitsa, düz arxasında isə komanda yoldaşı Sebastyan Fettel dayanacaqlar.

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 M.Uebber Red Bull Renault 02 1:15.035 03 1:14.462 1:13.826
02 R.Kubitsa Renault Renault 03 1:15.045 05 1:14.549 1:14.120 + 0.294
03 S.Fettel Red Bull Renault 04 1:15.110 06 1:14.568 1:14.227 + 0.401
04 F.Massa Ferrari Ferrari 01 1:14.227 02 1:14.405 1:14.283 + 0.457
05 L.Həmilton McLaren Mercedes 12 1:15.676 04 1:14.527 1:14.432 + 0.606
06 N.Rosberq Mercedes GP Mercedes 05 1:15.188 01 1:14.375 1:14.544 + 0.718
07 M.Şumaher Mercedes GP Mercedes 11 1:15.649 07 1:14.691 1:14.590 + 0.764
08 C.Batton McLaren Mercedes 10 1:15.623 10 1:15.150 1:14.637 + 0.811
09 R.Barrikello Williams Cosworth 05 1:15.590 09 1:15.083 1:14.901 + 1.075
10 V.Liutsi Force İndia Mercedes 06 1:15.397 08 1:15.061 1:15.170 + 1.344
11 N.Hülkenberq Williams Cosworth 16 1:16.030 11 1:15.317
12 A.Sutil Force İndia Mercedes 07 1:15.445 12 1:15.318
13 S.Buemi Toro Rosso Ferrari 14 1:15.961 13 1:15.413
14 V.Petrov Renault Renault 08 1:15.482 14 1:15.576
15 P.de la Rosa BMW Sauber Ferrari 13 1:15.908 15 1:15.692
16 K.Kobayaşi BMW Sauber Ferrari 17 1:16.175 16 1:15.992
17 X.Algersuari Toro Rosso Ferrari 15 1:16.021 17 1:16.176
18 H.Kovalaynen Lotus Cosworth 18 1:17.094
19 Y.Trulli Lotus Cosworth 19 1:17.134
20 T.Qlok Virgin Cosworth 20 1:17.377
21 L.di Qrassi Virgin Cosworth 21 1:17.864
22 B.Senna Hispania Cosworth 22 1:18.509
23 K.Çandhok Hispania Cosworth 23 1:19.559
24 F.Alonso Ferrari Ferrari 24

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Sıralanma turu

Quru. Buludlu. Havanın temperaturu +20° C, trasın temperaturu +39° C Sıralanma turundan əvvəl üç sürücü sabahkı yarışda beş yer itirməklə […]

Quru. Buludlu. Havanın temperaturu +20° C, trasın temperaturu +39° C

Sıralanma turundan əvvəl üç sürücü sabahkı yarışda beş yer itirməklə cərimə olunub – Timo Qlok, Luka di Qrassi və Vitaliy Petrov. Virgin komandasının mühəndisləri FİA-nın texniki xidmətlərini ötürmələr qutusunun ötürmə rəqəmləri barədə vaxtında xəbərdar etməyiblər, Petrovun maşınında isə səhərki qəzadan sonra ötürmələr qutusu dəyişdirilib.

Birinci sessiyanın protokollarına Red Bull sürücüləri başçılıq ediblər – Mark Uebber gənc komanda yoldaşını qabaqlayıb. Mübarizəni isə üç yeni komandanın sürücüləri ilə yaranaşı Rubens Barrikello dayandırıb – braziliyalı sürücü mövsümdə ilk dəfə olaraq ikinci sessiyaya keçməyib. Yeni komandaların daxili çempionatında isə Yarno Trulli yenə də qalib gəlib. İkinci sessiyada da “öküzlər” ən sürətli olublar – Mark bu dəfə də Sebastyandan üstün olub, mübarizəni isə Force İndia və Toro Rosso sürücüləri ilə birlikdə Pedro de la Rosa, Niko Hülkenberq və Vitaliy Petrov dayandırıblar.

Son sessiyanın əvvəlində Fernando Alonso boksdan çıxarkən az qalana Niko Rosberqlə toqquşacaqdı. Mark Uebber isə bütün uik-end ən sürətli olmasını bir daha təsdiq edib – avstraliyalı sürücü karyerasında üçüncü, mövsümdə isə ikinci poulunu qazanıb. Onun komanda yoldaşı Sebastyan Fettel də yarışa ilk cərgədən qatılacaq.

“Öküzlərin” üstünlüyü çox böyükdür – üçüncü olmuş Lyuis Həmilton Marka təxminən 1 saniyə uduzub, Fernando Alonso isə həmyerlilərinin gözü önündə dördüncü olub. Red Bull mövsümdə ardıcıl beşinci pulunu qazanıb…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 M.Uebber Red Bull Renault 01 1:21.412 01 1:20.655 1:19.995
02 S.Fettel Red Bull Renault 02 1:21.680 02 1:20.772 1:20.101 + 0.106
03 L.Həmilton McLaren Mercedes 03 1:21.723 04 1:21.415 1:20.829 + 0.834
04 F.Alonso Ferrari Ferrari 05 1:21.957 05 1:21.549 1:20.937 + 0.942
05 C.Batton McLaren Mercedes 04 1:21.915 03 1:21.168 1:20.991 + 0.996
06 M.Şumaher Mercedes GP Mercedes 09 1:22.528 06 1:21.557 1:21.294 + 1.295
07 R.Kubitsa Renault Renault 08 1:22.488 07 1:21.599 1:21.353 + 1.358
08 N.Rosberq Mercedes GP Mercedes 07 1:22.419 10 1:21.867 1:21.408 + 1.413
09 F.Massa Ferrari Ferrari 10 1:22.564 09 1:21.841 1:21.585 + 1.590
10 K.Kobayaşi BMW Sauber Ferrari 11 1:22.577 08 1:21.725 1:21.984 + 1.989
11 A.Sutil Force İndia Mercedes 13 1:22.628 11 1:21.985
12 P.de la Rosa BMW Sauber Ferrari 06 1:22.211 12 1:22.026
13 N.Hülkenberq Williams Cosworth 15 1:22.857 13 1:22.131
14 V.Petrov Renault Renault 16 1:22.976 14 1:22.139
15 S.Buemi Toro Rosso Ferrari 14 1:22.699 15 1:22.191
16 X.Algersuari Toro Rosso Ferrari 12 1:22.593 16 1:22.191
17 V.Liutsi Force İndia Mercedes 17 1:23.084 17 1:22.207
18 R.Barrikello Williams Cosworth 18 1:23.125
19 Y.Trulli Lotus Cosworth 19 1:24.674
20 H.Kovalaynen Lotus Cosworth 20 1:24.748
21 T.Qlok Virgin Cosworth 21 1:25.475
22 L.di Qrassi Virgin Cosworth 22 1:25.556
23 K.Çandhok Hispania Cosworth 23 1:26.750
24 B.Senna Hispania Cosworth 24 1:27.122

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*