Rəsmən: Piastri daha 3 il McLaren-də qalacaq

McLaren komandası debütant sürücüsü Oskar Piastri ilə müqavilə uzadıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü 2020-ci ildə Formula3-də,  2021-ci ildə Formula2-də çempion olduqdan sonra 1 il yarışmamış və bu il McLaren komandasına transfer olunmuşdu.

Debütant sürücü gözləntiləri layiqincə qarşıladı və o, hər yarış artıraraq, rəqiblərinə meydan oxuyur. Belə olan halda McLaren də gənc sürücünün işini qiymətləndirib və onula olan müqaviləni uzadıb. Yeni müqaviləyə görə Piastri 2026-cı ilin sonuna qədər “narıncılar”ın heyətində yarışacaq.

Oskar Piastri: “McLaren ilə ortaqlığımı uzatdığım üçün həyəcanlıyam. Bu komanda ilə peletonda ön sıralarda mübarizə aparmaq istəyirəm. Bizi zirvəyə aparacaq işlər və bünövrələr məni həyəcanlandırır. Buradakılarla münasibətim əladır və özümü evimdəki kimi hiss edirəm. Komandanın mənə güvənməsi məni rahatlandırdı və burada uzun müddət qalmağımı istəmələri də qərarımı asanlaşdırdı. Yarım mövsüm ərzində komandannın inanması mənin üçün çox şey ifadə edir”.

Komandanın rəhbəri Andrea Stella isə bunları deyib: “Oskarın komanda ilə müqavilə uzatmasını bildirmək əladır. O, komandamız üçün böyük dəyərdir. Oskar iş əxlaqına görə bizi təsirləndirdi. Buna görə də müqaviləni yeniləməyə qərar vermək asan oldu. İndidən komanda üçün vacib olduğunu sübut etdi. Buna görə də gələcəkdə çempionluq mübarizəsi aparanda onun xidmətindən yararlanmaq əla olacaq. Onun bizimlə birgə inkişafını görmək istəyirəm”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*