McLaren yeni sponsor tapıb

McLaren komandası FAI Aviation Group ilə müqavilə imzalayıb.

F-1.az bildirir ki, Britaniya təmsilçisi Almaniyanın tanınmış havayolları şirkəti olan FAI ilə çoxillik müqavilə imzalayıb. Müqaviləyə görə almaniyalı havayollarının loqotipləri McLaren bolidinin arxa qanadında olacaq.

Zek Braun: “FAI Aviation Group bizim üçün mükəmməl tərəfdaşdır. Onlar müxtəlif dövlət qurumları ilə işləyirlər və bu da onların peşəkarlığını göstərir. Bu ildən etibarən onlarla işləməyə başlayacağıq və çox qürurluyuq”.