20 Avqust 2019, Çərşənbə axşamı - 16:05

E.Bulye: “McLaren 1 saniyə sürətlənib”

E.Bulye: “McLaren 1 saniyə sürətlənib”

Müəllif: Rauf Hacıyev, redaktor

08:05 - 07 Fevral, 2018

McLaren komandasının yarış direktoru Erik Bulye bildirib ki, Renault mühərriyi onlara 1 saniyə qazandırıb.

F-1.az xatırladır ki, Britaniya təmsilçisi Honda ilə 3 bərbad mövsüm keçirdikdən sonra Renault mühərriklərinə keçib.

Erik Bulye: “Renault və Honda mühərrikləri fərqli quruluşlara malikdirlər. Buna görə də bolidin arxa tərəfini dəyişməli olduq. Lakin gecikməni kompensə edə bildik. Tam uyğunlaşmaq üçün bir az vaxta ehtiyacımız var və bu barədə danışmaq hələ tezdir. Rəqiblərimizin nə etdiyini bilmirik. Amma Renault-nun məlumatlarını simulyatora yüklədik və bolidin 1 saniyə sürətləndiyini gördük”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 332
Teqlər ,
Paylaş

logo