L.Həmiltonun qardaşı ciddi qəzaya uğrayıb

Lyuis Həmiltonun ögey qardaşı bu yaxınlarda sükan arxasında yarışda debüt etmişdi. 19 yaşlı Nikolas Uşaq Serebral İflici kimi ağır xəstəlik […]

Lyuis Həmiltonun ögey qardaşı bu yaxınlarda sükan arxasında yarışda debüt etmişdi. 19 yaşlı Nikolas Uşaq Serebral İflici kimi ağır xəstəlik keçirməsinə baxmayaraq, sürücü lisenziyası alıb və aprelin əvvəlində Renault Clio Cup seriyasında Total Control Team komandasının heyətində ilk startına çıxmışdı.

Bu uik-end seriyanın növbəti mərhələsi Britaniyanın Thruxton avtodromunda keçirilir, amma bu gün ilk sərbəst yürüşlər zamanı Nikolas Həmilton Goodwood döngəsində trasdan çıxaraq ciddi qəzaya uğrayıb. Sürücü zərər çəkməsə də, maşın ciddi zədələnib və mexaniklər maşını şənbə sıralanma turlarına qədər bərpa etmək üçün gərgin işləməli olacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*