S.Fettel: Az xal da yaxşıdır

Aston Martin komandasının pilotu Sebastyan Fettel doqquzuncu yeri tutsa da, nəticədən razı qalıb.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionu yarışa 12-ci yerdən başlasa da, düzgün strategiya ilə finişə 9-cu yerdə çata bilib.

Sebastyan Fettel: “Sözün düzü, gözəl yarış idi. Geridönüş edə bildik. Hər iki bolidlə də onluğa düşmək gözəldir. 9-cu və 10-cu yer az xal gətirsə də, xalsız qalmaqdan yaxşıdır.

Strategiya cəhətdən əla iş gördük. Fərqli yollar axtarmalı idik və bunu etdik. İşə yaradı. Yarışın əvvəlində bir səhv etdim və vaxt itirdim. O olmasa, ön qrupa daha yaxın olardım. Təkərlərim daha təzə idi və daha çox xal qazanmaq mümkün idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*