F.Alonso: Bu templə 10-cu olarıq

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, yarışda ən yaxşı halda 10 və 11-ci olarlar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü İtaliyadakı sprint yarışında 10-cu olub.

Fernando Alonso: “Bu həftəsonu tempimiz yoxdur. Buna görə də 13 və 14-cü yerdə idik. Amma sprint yarışında bir neçə yer qazandıq. Bottasın da cəzası hesabına bir pillə qabağa gedəcəyik. Ancaq yarışda bu yerləri qorumaq çətin olacaq.

Öndəki rəqibi izləmək çətindir. Fərq iki saniyədən aşağı düşəndə asfaltayapışma gücü itirirsiniz. Sprintdə yaxşı işlədik, çünki ötmə çətindir. ön tərəfdə nəsə olsa, qabağa gedə bilərik. Lakin bu templə 10 və 11-ci olarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*