C.Rassell: Xal ala bilərik

Williams komandasının sürücüsü Corc Rassel bildirib ki, xal almağa çox yaxındırlar.

F-1.az xatırladır ki, britaniyalı sürücü Portuqaliyadakı sıralanma turunda 11-ci olub və Williams-dakı ən yaxşı sıralanma nəticəsini əldə edib.

Corc Rassell: “Sıralanma turunda təkərlərlə bir az problem yaşadım və onları qızdırmaqda çətinlik çəkdim. Vəziyyət İmoladakına bənzəyirdi, amma dövrələr vurduqca özümə inamım artdı. Son dövrəm çox yaxşı idi. Üçüncü sessiyaya çox yaxınlaşmışdım. Bu, mənim və Williams-ın son üç ildəki ən yaxşı performansımızdır.

Medium təkərdə özümü yaxşı hiss edirdim. Təkərin reaksiyasını öyrənmək üçün qızmasını gözləməliyik. Keçən il burada poul alan sürücü də Medium təkərlə idi. Buna görə sınadıq. Yarışda da Medium təkərdən istifadə edəcəyik. Əgər onluğa düşməmisinizsə, Medium təkərlə başlamalısınız. Belə olan halda, şansımız olacaq. Bolid düzlüklərdə sürətlidir. Xal qazana bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*