S.Fettel: Stroll məni görmədi

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel düşünür ki, Ləns Stroll onu görməyib.

F-1.az xatırladır ki, iki komanda yoldaşı Rusiya yarışının sonların təmas ediblər və iki sürücü də onluqdan geriyə düşüblər. Ləns yarışı 11-ci, Sebastyan isə 12-ci yerdə bitirib.

Sebastyan Fettel: “Bir söz demək çətindir. Bilirdik ki, yağış yağacaq və birdən başladı. Trasda şərait elə də pis deyildi. Buna görə pitə girmədik. Daha sonra artdı və o andan sonra quru hava təkərləri işləmədi. Artıq gec idi. Səhv qərar idi.

Okonun məni gördüyünü düşünmürəm. Bəlkə də, mənim hücum etməyimi gözləmirdi. Belə havada təmas normaldır. Yaxşı ki, ciddi bir şey olmadı. İkimizin də xalsız qalması pis oldu”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*