N.Rosberq Verlyaynı dəstəkləyib

Niko Rosberq bildirib ki, Mercedes onun əvəzinə Paskal Verlyaynı transfer etməlidir.

F-1.az xatırladır ki, Niko Rosberq Dünya Çempionu olduqdan 5 gün sonra gözlənilmədən təqaüdə çıxdığını açıqlamışdı.

Almaniyalı sürücünün əvəzinə Fettel və Alonso kimi sürücülərin adları hallansa da, Rosberq bildirib ki, Paskal Verlyayn bolidi və komandanı daha yaxşı tanıyır və buna görə də adaptasiya problemi yaşamayacaq.

Niko Rosberq: “Paskal Almaniyanın böyük gələcəklərindən biridir. Buna görə də namizədlər arasında olmalıdır”.

Rosberq əlavə edib ki, komanda kimi seçsə, doğru qərar vermiş olacaq və bu qərarda komandaya təsir etmək istəmir: “Təbii ki, hansı sürücünün transfer olunacağına mən qərar verməyəcəm. Əminəm ki, Mercedes ən doğru qərarı verəcək. Ümid edirəm ki, Lyuis ilə mübarizə apara biləcək sürücü transfer edəcəklər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*