Renault-nun Sinqapurda radiodanışıqları

Britaniyanın The Times qəzeti Nelsinyo Pikenin keçənilki Sinqapur Qran Prisindəki qəzasından əvvəl və sonra Renault-nun radiodanışıqlarının stenoqrammasını dərc edib… Pət […]

Britaniyanın The Times qəzeti Nelsinyo Pikenin keçənilki Sinqapur Qran Prisindəki qəzasından əvvəl və sonra Renault-nun radiodanışıqlarının stenoqrammasını dərc edib…

Pət Simonds: Biz üç pits-topa getməyəcəyik… Yanacaqdan narahat olmayın, mən onu (Fernando Alonsonu) trafikdən tez çıxarmağı planlaşdırıram.

Nelsinyo Pike: Biz neçənci dövrədəyik? Biz neçənci dövrədəyik?

Renault-nun mühəndisi: O soruşur ki, “Biz neçənci dövrədəyik?”

Pət Simonds: Deyin ki, o indi səkkizinci dövrəni başa vurur… Deyin ki, o indi səkkizinci dövrəni başa vurur.

Pət Simonds: Məncə, biz pit-stopu onun ötməsinə qədər (Kazuki Nakacima Fernandonun önündə gedirdi) keçirməliyik, onu trafikdən çıxaraq – yanacaq nasosundan narahatam. Bir neçə dövrədən sonra onu saxlamaq lazımdır.

Pət Simonds: Ok, indi o ciddi hücum etməlidir. Əgər o (Pike) Barrikellonu keçməsə, heç nəyə nail olmayacaq, o Rubensi bu dövrədə keçməlidir.

Flavio Briatore: Ona deyin ki, bir az sürətini artırsın.

Pikenin mühəndisi: Nelsinyo, mütləq Barrikellonu keçmək lazımdır. Düz yolda bizim üstünlüyümüz var, süəti artır və onu keç.

… bir neçə dəqiqədən sonra 17-ci dövrədə Pike qəzaya uğrayır…

Bir neçə səs: Nelsinyonin qəzası. Yəqin qırmızı bayraqlar çıxacaq. Bu ciddidir.

Nelsinyo Pike: Heyif uşaqlar, mən çıxdım.

Mühəndis: O qaydasındadır? O qaydasındadır?

Pət Simonds: Soruşun, o qaydasındadır?

Mühəndis: Hər şey qaydasındadır?

Mühəndis: Fernando indicə yanından keçdi

Mühəndis: Ok, sarı bayraqlar.

Nelsinyo Pike: Başım dəyib, amma hər şey qaydasındadır.

Mühəndis: Yaxşı, qəbul etdim.

Pət Simonds: Yaxşı, onu saxlayın.

Mühəndis: Təhlükəsizlik Maşını, Təhlükəsizlik Maşını, Fernando, Təhlükəsizlik Maşını, qarışıq üç.

Pət Simonds: Ona deyin ki, 17-ci dövrədə ehtiyatlı olsun.

Mühəndis: Qəza ciddi idi.

Flavio Briatore: “F***ing hell…my every f***ing disgrace, f***ing, he’s not a driver” (tərcüməsiz…)

Pət Simonds: Fernando neçənci yerdədir?

Mühəndis: O iyirminci idi, amma Təhlükəsizlik Maşınının arxasında birinci olmalıdır, gözləmək lazımdır.

Flavio Briatore: Bundan sonra biz neçənci yerdəyik?

Pət Simonds: Düzünü desəm, Flavio, mən bilmirəm. Bu Fernando üçün yaxşı oldu, amma mən bilmirəm ki, o neçəncidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*