Okon Qaslinin keçidinə münasibət bildirib

Alpine komandasının sürücüsü Esteban Okon yerlisi Qaslinin gəlişinə sevinir.

F-1.az xatırladır ki, Qasli gələn ildən Alpine-ə keçəcək və beləliklə, komandada iki frasnsız sürücü olacaq.

Qeyd edək ki, iki sürücü keçmişdə yaxşı dost olsalar da, sonradan araları dəyib. Buna görə də Alpine bu transferdən əvvəl hər iki pilotla da danışıblar. Lakin nə Okon nə Də Qasli problem çıxarıblar.

Esteban Okon: “Bu gözəl hekayədir. Sözün əsl mənasında üçrəngliyik. Bolid mavi-bəyaz-qırmızı, biz də elə mavi-bəyaz-qırmızıyıq. İkimiz də Alpine maşınlarının istehsal edildiyi bölgədən gəlirik. Bu uğur bölgəmiz üçün əladır.

Biz yarış karyeramıza evimizin yanındakı kartinq trasında başladıq və indi Formula1-də komanda yoldaşı olacağıq. Bu hekayə qəribə olsa da, gözəldir. Yenu macəraya başlayacağımız üçün sevincliyəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*