E.Okon: Bakıda balans tapmaq çətindir

Alpine komandasının sürücüsü Esteban Okon xal seriyasını Bakıda da davam etdirmək istəyir.

F-1.az xatırladır ki, fransalı sürücü bu mövsüm son 4 yarışdan xal alıb və hazırda 12 xalı var.

Okon daha əvvəl Bakıda sadəcə iki dəfə yarışmış və hər ikisində də insidentə qarışmışdı. Lakin 2017-ci ildəki yarışda 6-cı olan Esteban, 2018-ci ildəki yarışda mübarizəni elə ilk dövrədə dayandırmalı olmuşdu.

Esteban Okon: “Bakıda yarışmağı sevirəm. Bura qeyri-adi trasdır və hər şey mümükündür. Trasın qəribə quruluşu var. Uzun düzlüklərdən başqa ikinci sektorda dar və çətin döngələr var. Keçən həftə daha qısa olan Monakoda idik. Ora da, Bakı da şəhər tipli traslardır. Lakin Bakı tamamilə əks xarakterə sahibdir. Tras daha uzundur və ötmə etmək üçün əlverişlidir. Şəhər tipli traslarda atmosfer həmişə fərqli olub. Divarlara yaxın getdiyiniz üçün sürəti daha yaxşı hiss edirsiniz.

Bu trasda üç maşın birdən təkər-təkərə mübarizə apara bilər və bu, şəhər tipli tras üçün əladır. Buna görə də Bakıdakı yarışlar həyəcanlı keçir. Düzlüklər üçün sürət, yavaş döngələr üçün isə asfaltayatma qüvvəsi tapmaq lazımdır. Bakıda balans tapmaq heç də asan deyil.

Monakodan ayrılanda kefim kök idi, çünki ardıcıl 4-cü yarışdan xal almışdım. Lakin orada istədiyimiz nəticəni qazanmadıq və bəzi sahələrdə inkişafın lazım olduğunu anladıq. Bakıda daha yaxşı yerlər tutmaq istəyirik. Monako kimi burada da uzun illərdir yarışmıram. Buna görə də bolidə öyrəşməyə çalışacam”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*