V.Bottas: Monakoda sürətli ola bilərik

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Monakoda da sürətli olacaqlar.

 

F-1.az xatırladır ki, finlandiyalı sürücü bu il əksər yarışlarda üç güclü komandadan. sonra ən yaxşı nəticəni əldə edir.

Valtteri Bottas: “Bu həftəsonu Monakoda yarışmaq üçün səbirsizlənirəm. Monako həmişə maraqlı olub və əksər sürücülərin ev yarışı sayılır, çünki pilotların çoxu burada yaşayır. Burada dövrə atarkən başqa cür həzz alırsınız.

Yeni nəsil bolidlərlə burada sürmək necə olacaq bilmirəm. Burada yaxın mübarizə aparmaq çətindir. Bu il fərqli olsa, yarış maraqlı alınacaq. Özümə güvənirəm, çünki ardıcıl iki yarışdır güclülərlə mübarizə apara bilirik. Təkrarlamaq üçün çox səbəb var. Cümə və şənbə günləri yaxşı məlumatlar toplamalıyıq. Sıralanma turunda yaxşı nəticə qazansaq, finişi yaxşı yerdə keçə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*