M.Həkkinen Alfa Romeo-nu tərifləyib

Sabiq Formula1 sürücüsü Mika Həkkinen bildirib ki, Alfa Romeo-nun altıncılığı əla nəticədir.

F-1.az xatırladır ki, isveçrəlilər mövsümə əla başlayıblar və Bottasla İmolada 5-ci yeri tutublar. Lakin Kanada yarışından sonra cəmi üç yarışdan xal qazanıblar.

Mika Həkkinen: “Valtteri Bottasa görə sevinirəm. Alfa Romeo-ya gəlib təcrübəsini göstərdi. Komanda ilə təcrübəsini paylaşdı və yaxşı nəticələr qazandı. Kiçik komandalar üçün mövsümün ilk yarışlarında yaxşı nəticə qazanmaq həmişə vacibdir, çünki mövsüm getdikcə böyük komandalar inkişaf edirlər.

Valtteri ilk 9 yarışda 7 dəfə xal aldı. Meksika və Braziliyada da onluğa düşərək, yaxşı iş gördü. Nəticədə Mühəndislər Kubokunda Aston Martin-i qabaqladılar. Ümdi edirəm ki, gələn daha güclü olacaqlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*