A.Covinatsi: Mucelloda səhvə yer yoxdur

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi bildirib ki, Mucelloda xırda səhv belə adama baha başa gəlir.

F-1.az xatırladır ki, italiyalı sürücü ev trasındakı sıralanma turunda 17-ci olub və komanda yoldaşı Rəykkönenin gerisində qalıb.

Antonio Covinatsi: “Daha güclü performans göstərə bilərdim. Buna görə də ilk sessiyada ələnmək məyusedicidir. İlk cəhdim yaxşı olsa da, ikinci cəhdimi bitirə bilmədim. Bu trasda ən xırda səhv belə adama baha başa gəlir. Ardıcıl döngələr var və xırda səhv edəndə çox vaxt itirirsiniz. Bizi çətin yarış gözləyir, amma yüksəlmək üçün əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*