A.Covinatsi: Doğru qərar verdik

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi bildirib ki, yay tətilindən sonra ən zəif yarışını keçirib.

F-1.az xatırladır ki, italiyalı sürücü Qətərdə 15-ci yeri tutub.

Antonio Covinatsi: “Qətərdə əlimizdən gələni etsək də, 15-ci yerdən yüksəkdə olmaq çətin idi. İlk dövrəmiz əla idi. Dörd yer qazandıq və yaxşı mübarizə apardıq. Əslində cümə günündən sonra hədəfimiz Haas və Williams-ları qabaqlamaq idi. İki pit-stoplu strategiya seçdik və ikinci pitdən sonra Williams-ın gerisində qaldıq. Düzlüklərdə sürətli idilər. Onlardan geridə bitirəcəyimizi düşünsək də, sonda qabaqlaya bildik. Əlimizdəki paketlə bu maksimum nəticə idi.

Təkərlər tez yeyilirdi. Porebriklər də çox pis idi. Buna görə də iki pit-stoplu strategiya seçdik. Buna görə iki pit-stop seçdik. Doğru seçim idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*