21 Noyabr 2019, Cümə axşamı - 14:32

S.Fettel əyləc probleminə görə yerində fırlanıb

S.Fettel əyləc probleminə görə yerində fırlanıb

Müəllif: Rauf Hacıyev, redaktor

21:14 - 01 İyul, 2016

Sebastyan Fettel Avstriyada ikinci sərbəst yürüşlərin sonunda yerində fırlanmasının səbəbini əyləc balansında əmələ gələn problem olaraq açıqlayıb…

F-1.az xatırladır ki, Fettel ikinci sessiyanın bitməsinə 2 dəqiqədən az vaxt qalmış ikinci döngədə bolidinin idarəetməsini itirərək, yerində fırlanıb.

Sebastyan Fettel: “Əyləcdə problem yaşadıq və bu bizi təəccübləndirdi. Çox da vacib deyildi və bəxtimiz gətirdi ki, heç bir şey olmadı. Sadəcə bir neçə dəqiqə itirdim və elə də böyük fərq olmadı”.

Jurnalistlər Fetteldən qalib gəlmək şansı barədə soruşublar: “Həmişə qalib gəlməyi düşünürük. Hər yarış yeni bir fürsətdir. Yaxşı gün keçirtdik, ancaq xüsusən nahardan sonra çox məşq edə bilmədiyimiz üçün heç də yaxşı gün olmadı. Ümumi olaraq isə, güclü görünürük”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 346
Teqlər , , ,
Paylaş

logo