P.Lou da Strollu müdafiə edib

Williams komandasının texniki direktoru Pəddi Lou mövsümə pis başlayan Ləns Strollu müdafiə edib.

F-1.az xatırladır ki, Ləns Stroll karyerasındakı ilk yarışında ürəkaçan performans göstərməyib. Üçüncü sərbəst yürüşlərdə etdiyi qəzaya görə yarışa sonuncu yerdən başlayan 18 yaşlı sürücü mübarizəni vaxtından əvvəl dayandırmalı olub.

Pəddi Lou: “Ləns uzun illər idi ki, bu ana hazırlaşırdı və qarşısına birdən bu fürsət çıxdı. Heç bir hazırlıq etmədən sükan arxasına keçdi və buna görə də alınan nəticə anormal deyil. Yarışdıqca təcrübəsi artacaq. Heç kim simulyatorda işləyib Formula1 sürücüsü ola bilməz. Trasda öyrənməlisiniz. Hələ 18 yaşı olmasına baxmayaraq, çox yetişkəndir və problemləri yaxşı qarşılayır. Öyrənməyə meyillidir və bu da ona üstünlük qazandıracaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*