11 Dekabr 2018, Çərşənbə axşamı - 20:38

Kubitsa ilə müqavilə Williams-a 10 milyon avro qazandıracaq?

Kubitsa ilə müqavilə Williams-a 10 milyon avro qazandıracaq?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:12 - 21 Noyabr, 2018

Dünəndən Polşa mətbuatı iddia edir ki, Robert Kubitsa Williams komandasında gələn il debüt edəcək – debüt barədə komanda ilk məşqlərə qədər rəsmi bəyanat yayacaq.

F-1.az bildirir ki, bu gün polşanın RMF radiosu rəsmi bəyanatı sadəcə formal xəbər adlandırıb – çünki sürücünün şəxsi sponsoru PKN Orlen neft şirkəti artıq komandanın hesabına 10 milyon avro köçürüb. Bu rəqəm Polşanın tarixində ən böyük sponsorlu ödənişdir, gələn il PKN Orlen şirkətinin loqotipləri Williams maşınlarında, sürücülərin kombinezonunda və komandanın uniformasında peyda olacaq.

Britaniyanın Motorsport Magazine nəşri də Robertin Williams-la müqaviləsini təsdiq edib. Komandanın əsas sürücüsü olmaq üçün Robert Renault və Ferrari komandalarının təkliflərini rədd edib. Renault polşalı sürücüsü simulyatorda çalışmağı təklif etdiyi halda, Skuderiya 3-cü sürücü statusu ilə bərabər mövsümün gedişində Haas-ın heyətində cümə məşqlərinə çıxmağı da təklif paketinə salmışdı…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 212
Teqlər ,
Paylaş

logo