M.Ferstappen Mercedes mühərrikli maşınlardan çəkinir…

Toro Rosso-nun gənc sürücüsü Maks Ferstappen hesab edir ki, Mercedes motorlu maşınlar Bəhreyndə keçilməz olacaqlar...

F-1.az xatırladır ki, Avstraliyada yarışa yaxşı yerlərdən başlayan Toro Rosso sürücüləri səhv strategiya və bir-biriləri ilə yaşadıqları təmasa görə 9-cu və 10-cu ola bilmişdilər.

Komandanın sürücüsü Maks Ferstappen Bəhreyndə düzlüklərdə Williams və Force İndia-nın sürətli oldacağını bildirib: “İlk yarışda Red Bull-un arxasında 5-ci ola bilərdik. Sıralanmalarda Mercedes AMG, Ferrari və Red Bull ilə birlikdə ən iddialı komandayıq. Keçən yarışda Williams və Force İndia çox da güclü deyildilər, amma Bəhreyndəki uzun düzlüklər onların xeyrinə olacaq. Düzlüklərdə onlardan geri qalırıq, amma ümumi mübarizədə onlara çox yaxın ola bilərik. Bizim üçün ilk yarşla müqayisədə daha çətin olacaq. Biz əlimizdən gələni edəcəyik və ümid edirəm ki, maşınlarımız da yenə yaxşı vəziyyətdə olar…”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*