Türkiyə Qran Prisi: Üçüncü stüard – Derek Uorik

Keçən il olduğu kimi, FİA Qran Prinin stüardları cərgəsinə keçən illərin təcrübəli sürücülərini cəlb edəcək. Formula1-in keçmiş sürücüsü, sportkarların yarışında […]

Keçən il olduğu kimi, FİA Qran Prinin stüardları cərgəsinə keçən illərin təcrübəli sürücülərini cəlb edəcək. Formula1-in keçmiş sürücüsü, sportkarların yarışında dünya çempionu, “Lə Manın 24 saatı” yarışının qalibi Derek Uorik FİA tərəfindən Türkiyə Qran Prisinə üçüncü stüard kimi dəvət olunub.

Uoriklə birlikdə mübahisəli vəziyyətləri FİA-nın Ümumdünya Şurasının üzvü, İsveç federasiyasının fəxri üzvü Lars Esterlind və 25 yaşlı ispaniyalı qadın Silviya Bellot araşdıracaqlar. Silviya on altı yaşından marşal kimi çalışıb, sonra isə aşağı seriyaların bir çox yarışlarında stüardlıq edib, 2009-cu ildə isə FİA-nın Formula1 və GP2 üçün stüardlıq kurslarını bitirib.

Gənc qadının stüard kimi dəvət olunması maraqlı qərardır, xüsusən də 56 yaşlı Uoriklə və 66 yaşlı Esterlindin yanında…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*