N.Lauda: “Şübhə etmirəm ki, Mixael əla olacaq”

Mixael Şumaheri çoxdan və yaxşı tanıyan keçmiş Formula1 sürücüləri hesab edirlər ki, onun idmana qayıtması son illərin ən yaxşı xəbəridir… […]

Mixael Şumaheri çoxdan və yaxşı tanıyan keçmiş Formula1 sürücüləri hesab edirlər ki, onun idmana qayıtması son illərin ən yaxşı xəbəridir…

Niki Lauda, üçqat dünya çempionu: “Mixael Şumaherin qayıtması elə böyük sensasiyadır ki, Berni Ekklstoun şəxsən öz qonorarının yarısını ona verməlidir. BU xəbər qədrə xoş xəbəri mən xatırlamıram. Əmin deyiləm ki, Mixael mütləq qələbə qazanacaq, çünki hər şey maşının sürətindən asılıdır, amma mən həmişə olduğu kimi şübhə etmirəm ki, o yaxşı nəticə göstərməyə çalışacaq.

Mənim yarışlara qayıdanda 33 yaşım var idi, onun isə artıq 40 yaşı var, amma sənin özünü hiss etdiyin qədər yaşın var. Mən onun reflekslərinə əminəm, o əla olacaq. Ən çoxu da mən onun Kimi Rəykkönenin fonunda neçə görünməsinə baxmaq istəyirəm – kim daha sürətli olacaq? Mən deyərdim ki, Kimi maksimum çalışmalıdır. Əgər siyasəti bir kənara qoysaq, Mixael Şumaherin qayıtması həm onun özü üçün, həm Ferrari üçün, həm də bütün Formula1 üçün ən yaxşı variantdır.”

Conni Herbert, Benetton-da Mixaelin komanda yoldaşı: “O özü üzərində işləyir, ona görə də şübhə etmirəm ki, onun fiziki hazırlığı yüksək səviyyədədir, amma yenə də sükan arxasına yenidən oturmaq üçün məşq etmək lazımdır. O mövsümün ikinci yarısında yarışacaq, Valensiyadan başlayacaq, onun maşına və vəziyyətə öyrəşməyə vaxtı var.

Onun üçün hər şey uğurlu alınır: bu il Ferrari hələ qələbə qazanmayıb və əgər o sükan arxasına qayıdaraq qələbə qazanarsa, əminəm ki, bütün İtaliyanın yarış Allahına çevriləcək! Hərçənd, bu çox çətin olacaq: Kimi Rəykkönen güclü komanda yoldaşıdır və bu yeni vəziyyət finlandiyalı sürücünü də özünü toplamağa məcbur edə bilər. Amma daha bir sürücü var ki, Şumaher istefaya gedəndə məyus olmuşdu – bu Lyuis Həmiltondur. Lyuis həmişə onunla yarışmaq istəyib, indi o belə bir şans qazanıb.”

Con Uotson, keçmiş Formula1 sürücüsü: “Avropa Qran Prisinə qədər qalmış bütün vaxtı Mixael praktiki olaraq Ferrari-nin simulyatorunda işləyəcək. İndi o starta çıxmağa hazır deyil, amma bu simulyator çox yaxşıdır. Əminəm ki, Şumaher yarışda qələbə qazanamq şansı olmasa, Valensiyada starta çıxmayacaq. Onun mövsümün sonuna qədər yarışlarda çıxış etmək şansı daha yüksəkdir. Mixael Ferrari üçün ən yaxşı variantdır və əgər hər şey yaxşı alınsa, onda istisna etmirəm ki, komanda ona gələn mövsümə müqavilə təklif edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*