P.Lou: “Massa Strolla müəllimlik edir”

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Felipe Massa debütant komanda yoldaşı Ləns Strolla çox yaxşı dəstək verir.

F-1.az xatırladır ki, braziliyalı sürücü əvvəlki açıqlamalarında bildirmişdi ki, Şumaxerdən öyrəndiklərini sevə-sevə Ləns Strolla ötürür.

Pəddi Lou: “Felipenin mübariz ruhundan həmişə təsirlənmişəm. 2008-ci ildə mən McLaren-də Lyuis Həmiltonla işləyərkən, aralarında əla mübarizə olmuşdu. Onun kimi bir sürücü ilə işlədiyim üçün şanslıyam. Komanda üçün həmişə əlindən gələni edir. Xüsusən də, Strolla etdiyi kömək bizim üçün çox vacibdir. Lənsin Formula1 karyerası istədiyi kimi başlamadı. İlk 3 yarışda finişə çata bilməmişdi. Yenə də motivasiyasını yüksək səviyyədə tuta bildi və son yarışda əla iş gördü. Həmişə Felipe ilə əlaqədədir. Ondan nəsə öyrənmək istəyir, suallar verir və öyrəndiklərini tətbiq etmək istəyir. Bu əzmlə uğurlu olacaq. Ona güvənirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*