25 Avqust 2019, Bazar - 06:44

N.Hülkenberq bəxtsizliyinə gülür

N.Hülkenberq bəxtsizliyinə gülür

Müəllif: Rauf Hacıyev, redaktor

15:20 - 04 Yanvar, 2017

Formula1 karyerasında podium qazana bilməyən sürücü artıq bəxtsizliyinə gülür.

F-1.az xatırladır ki, Hülkenberq Formula1 karyerasına 2010-cu ildə Williams komandasında başlamış və debüt ilində Braziliya yarışında poul qazanmışdı. Karyerasının sonrakı illərində Force İndia və Sauber komandalarında çıxış edən Hülkenberq nə poul qazanıb, nə də podiuma yüksələ bilib. 29 yaşlı sürücünün komanda yoldaşı Serxio Peres isə bu müddətdə 4 dəfə podiuma yüksəlib.

Hülkenberq 2016-cı ilin Braziliya yarışında podiuma çıxmağa yaxın olsa da, Rəykkönenin bolidindən çıxan qırıntılar təkərini deşmişdi.

Niko Hülkenberq: “Yenə də yaxşı işlər görürdüm və podiuma yüksəlmək üçün önümdə heç bir əngəl yox idi. Daha sonra tras üzərindəki qırıntılardan biri təkərimi deşdi və sonrasını bilirsiniz. Bu səhv deyil, bəxtsizlikdir.

Burada bəxtsizlik olduğuna inanmıram. Çox işləyib və doğru qərarlar versəniz, istədiyiniz uğuru əldə edə bilərsiniz. Mən də bunun üçün mübarizə aparıram.

Təbii ki, sizin əlinizdə olmayan hadisələrə görə fürsətləri əldən vermək gözəl deyil, amma belə hallar bu idmanda labüddür və bunu qəbul etmək lazımdır. Əldən verdiyim podiumları düşünüb ağlamıram. Hər yarışdan sonra daha çox çalışıb, bir gün istədiyim podiumu qazanacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 735
Teqlər , , , , , ,
Paylaş

logo