20 Avqust 2019, Çərşənbə axşamı - 03:34

M.Eriksson: “Nasrla mübarizə məni gücləndirdi”

M.Eriksson: “Nasrla mübarizə məni gücləndirdi”

Müəllif: Rauf Hacıyev, redaktor

14:25 - 25 Dekabr, 2016

Sauber komandasının sürücüsü Markus Eriksson bildirib ki, komanda yoldaşı Felipe Nasrın göstərdiyi mükəmməl performansa görə inkişaf edib.

F-1.az xatırladır ki, isveçli sürücü son iki ildə Nasr ilə amansız mübarizəyə girib və çox vaxt komanda yoldaşını qabaqlaya bilib.

Amma Eriksson üstün performansına baxmayaraq, mövsümü xalsız başa vurub, amma Nasr 2 xal qazanaraq, komandasını Mühəndislər Kubokunda 10-cu edib.

Markus Eriksson: “Felipe ilə yaxşı mübarizə apardıq. Daha güclü tərəf mən olsam da, aramızda yaxın mübarizə oldu. Bu mübarizə zamanı anlaşılmazlıqlar oldu, amma son iki il bizim üçün əla keçdi. Bir-birimizlə mübarizə apardıq və limitlərdə sürdük. Bu ikimiz üçün də yaxşı oldu.

Aramızda insident yaşananda belə bunu həll edə bildik. Bu barədə danışmadıq. İkimiz də bunu unudub, yolumuza davam edəcək qədər peşəkarıq. Gələn il nə olacağını mən də bilmirəm. Felipe qalsa, sevinərəm. Başqası gəlsə də, narahat deyiləm. Mənim üçün əsas olan güclü komanda oyunçusudur”.

Eriksson hesab edir ki, 2016-cı ildə inkişaf edib: “Düşünürəm ki, inkişaf etmişəm. Mənəvi cəhətdən gücləndim. Sıralanma və yarışda həmişə güclü ola bildim. Keçən il hər sessiyada ən yaxşı nəticə göstərmək üçün əlimdən gələni etdim, ancaq sərbəst yürüşlərdə elə də güclü deyiləm. Amma əsas sıralanma və yarış daha vacib olduğu üçün hər ikisində də əlimdən gələni edirəm. Bundan başqa bilirəm ki, boliddən maksimumu ala bilərəm. Bu sahədə çox güclənmişəm. Həftəsonu yaxşı nəticə göstərmək üçün mühəndislərimlə işləməliyəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 715
Teqlər , ,
Paylaş

logo