20 Avqust 2019, Çərşənbə axşamı - 02:45

F.Massadan növbəti bloq yazısı: “Formula1-dən gedirəm, yarışlardan yox”

F.Massadan növbəti bloq yazısı: “Formula1-dən gedirəm, yarışlardan yox”

Müəllif: Rauf Hacıyev, redaktor

12:51 - 03 Dekabr, 2016

Williams komandasının sürücüsü Felipe Massa Motorsport.com saytına yazdığı bloqunda 15 illik Formula1 karyerasının son yarışı Əbu Dabi QP-dən yazıb. F-1.az saytı bu yazını sizin nəzərinizə çatdırır.

Felipe Massa: “Formula1 karyeram gözəl bitdi, çünki son ana qədər mübarizə apardım. Mənə həmişə maraqlı olub ki, F1 bolidi son dövrələrini vurarkən hansı hissləri keçirdirsən, amma xüsusi bir hiss yaşamaq üçün vaxtım olmadı, çünki finiş xəttini keçməyə fokuslanmışdım.

Əbu Dabidəki yarış çox çətin idi. Sonda yarışı Peresin arxasında və Alonsonun önündə bitirdim. Həftəsonu ərzində Williams-la gördüyümüz işlərə görə 9-cu yer yaxşı nəticə idi və düşünürəm ki, bu trasdan maksimum nəticə aldıq.

Hər şeyin bitdiyini yarışın finişindən sonra hiss elədim. Şərəf dövrəsini yavaş ataraq, fanları salamladım. Pitə qayıdanda yaxşı hisslərlə qayıtdım, çünki əlimdən gələnin ən yaxşısını etmişdim.

Deyə bilərəm ki, İnterlaqosakı yarışım fanlarımla son görüş idi. Yas Marinadakı həftəsonu isə birlikdə işlədiyim insanlara həsr olunmuşdu.

Pitə qayıdan kimi Niko Rosberqi layiq olduğu çempionluğa görə tez təbrik etdim. Sonra komamda ilə şəkil çəkdirdik və komanda üzvlərinin əllərini sıxdım. Onlara son 3 ildə mənə göstərdikləri köməyə görə təşəkkür etdim. Braziliyada yarışdığım və Əbu Dabidə finiş xəttini keçdiyim bolidin mənə hədiyyə edilməsi komanda ilə aramdakı münasibətin nə qədər güclü olduğunu göstərir. Çox gözəl jest idi.

Əbu Dabidəki həftəsonum başa çatmamışdı, çünki ənənəvi mövsümsonu şənliyi keçiriləcəkdi. Çox gülməli şənlik idi, çünki yeganə səbəbkar çempion olan Rosberq deyildi. Mən və Censon da Formula1-dəki uzun karyeramızı qeyd etmək üçün orda idik. Əylənmək üçün bəhanəmiz çox idi!

İndiyə qədər Formula1 macəramın sonunu əks etdirmək üçün çox şansım olmadı. Əbu Dabi yarışından sonra bazar ertəsi sponsorlarımızla bəzi tədbirlər keçirtdik və axşama qədər məşğul idim. Sonra bir saat yatdım və yuxudan oyandıqdan sonra ailəmlə birlikdə Nitsaya uçmaq üçün hava limanına getdik. Bütün yolu yatdım.

Komanda ilə hələ bəzi görüşlərim var. Bəzi ilsonu tədbirlər olacaq və bu bazar günü Autosport Mükafatlarının verildiyi tədbirdə iştirak edəcəm. Daha sonra isə Yeni il tətili üçün Braziliyaya qayıdacam. Bu mərhələdən sonra gələcəyim barədə qərar vermək üçün fürsətim olacaq. Səbirsizlənirəm.

Məni dəbilqə ilə görməyə davam edəcəksiniz. Harada və nə zaman bilmirəm, amma nə edəcəyimi sizlərə deyəcəm. Söz verirəm.

Son olaraq, mənə Formula1 macəramda dəstək olan hər kəsə təşəkkür edə bilərəm. Texniklərə, mühəndislərə, sponsorlara, jurnalistlərə, komanda rəhbərlərinə, dostlarıma, ailəmə və yaşadığım hər şey üçün Allaha təşəkkür edirəm. Məni dəstəkləyən fanlarıma da təşəkkür edirəm. Ümid edirəm ki, avtoidmandakı macəramda məni izləməyə davam edərsiniz. Bütün qəlbimlə sizə təşəkkür edirəm”.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 521
Teqlər , , ,
Paylaş

logo