F.Massa: Alonsoya üstünlük verilirdi

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, Fernando alonso ilə komanda yoldaşı olduğu illərdə Ferrari ispaniyalı sürücüyə üstünlkü verib.

F-1.az xatırladır ki, iki sürücü 2010-2013-cü illərdə komanda yoldaşı olmuş və Fernando Alonso bütün mövsümlərdə böyük fərqlə öndə olmuşdu.

Felipe Massa: “Alonso ilə yarışdığım illərdə onun komandada üstünlüyü var idi. Beləliklə, digər sürücü unudulurdu. Hər şey onun lehinə idi. İndiki dövrdə Ferrari sürücülərinə yarışmaqda sərbəstlik verib. Həm Sebastyan, həm də Şarl yarışa bilirlər. Hazırda orada balans daha yaxşıdır. Sürücülərə bərabər davranırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*