19 İyun 2019, Çərşənbə - 07:37

L.Stroll: “Yarışmırıq, yaşamaq uğrunda mübarizə aparırıq”

L.Stroll: “Yarışmırıq, yaşamaq uğrunda mübarizə aparırıq”

Müəllif: Rauf Hacıyev, redaktor

15:20 - 26 Mart, 2018

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, Avstraliyada yaşamaq uğrunda mübarizə aparırıq.

F-1.az xatırladır ki, Sirotkin mübarizəni vaxtından əvvəl dayandırıb, Stroll isə yarışı bitirən 15 sürücü arasında 14-cü olub.

Ləns Stroll: “Hazırda yarışmırıq. Yaşamaq uğrunda mübarizə aparırıq. İlk dövrədə rejimlərdə problem yaşadım. Səhv rejim seçmişdim. Beləliklə, Okon məni keçdi və ilk dövrədən geri düşdük. Ondan sonra isə tempimiz yox idi. Bolid istədiyimiz kimi işləmirdi. Balans çox dəyişirdi. Bütün yarış ərzində problemlər yaşadıq. Bolidin hərarətinə nəzarət etməli olduq. Buna görə də geriyə addım atmalı oldum və heç yarışa bilmədim. Məqsədim finişə çatmaq idi. Problemlərimiz həddən artıq çoxdur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 260
Teqlər , , ,
Paylaş

logo