Williams-ın yeni maşınında motor işə salınıb

Williams Martini Racing komandasının mətbuat xidməti xəbər yaylb ki, mühəndislər komandanın Qrouvdakı bazasında yeni FW38 bolidində motoru işə salıblar...

F-1.az komandanın mətbuat relizinə istinadən xəbər verir ki, hibrid turbo Mercedes motorunun işə salınması problemsiz ötüşüb, maşın 3 həftə sonra başlayacaq mövsümöncəsi testlərə tam hazırdır.

Xatırladaq ki, yeni FW38-in təqdimatı ilk test gününün səhəri, yəni fevralın 22-də Barselonada baş tutacaq.