Elbon Williams-ın strategiyası ilə razılaşmır

Gənc sürücü ötən həftəsonu Mayamidə baş tutan yarışda komandanın ona tətbiq etdiyi strategiyadan narazıdır.

F-1.az xatırladır ki, komanda Aleksanderdən pit-stopa gəlməsini xahiş etmiş, sürücü də bunun erkən olduğunu, onsuz da yavaş gedən maşınla itirəcək heç bir şeylərinin olmadığını demişdi.

Aleksander Elbon: “Həmin anda komanda məndən təkər izləməyi xahiş edəndə, heç kimə tempdə çatmırdıq. Fikrimcə, arxada qalıb sonuncu yerdə olmaqdansa, hücum edib nəticələri ilə üzləşmək daha yaxşıdır – ona görə də komandaya onların təklifi ilə razılaşmadığımı bildirdim.

Təəssüf ki, maşınımız kifayət qədər sürətə sahib deyil, ona görə də biz rəqiblərdən fərqli davranmağa, birtəhər eksperiment aparmağa məcbur oluruq. Maşınımız ən yavaşlardandır, doqquzuncu və ya onuncu yerdədir. Biz bundan maksimum yararlanmağa çalışırıq, lakin Mayamidəki kimi təkərlərin həddən artıq qızdığı treklərdə zəif cəhətlərimiz çox nəzərə çarpır.

Təsnifat mərhələsində əla iş gördük və yarışda maşının icazə verdiyi sürətlə getdik. Ümid edirəm ki, növbəti traslar bizə daha uyğun olacaq”.

Qeyd edək ki, sıralanma turlarında daha inamlı görünən komandanın sürücüləri geridə qalan 5 yarışda sadəcə bir xal qazanıb ki, onu da tailand əsilli britaniyalı sürücü Bəhreyndə əldə edib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*