22 Sentyabr 2019, Bazar - 14:13

K.Horner: “Ötmələr barədə danışmaq hələ tezdir”

K.Horner: “Ötmələr barədə danışmaq hələ tezdir”

Müəllif: Rauf Hacıyev, redaktor

06:08 - 29 Mart, 2017

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, ötmələri Bəhreyn yarışından sonra dəyərləndirmək lazımdır.

F-1.az xatırladır ki, mövsümün ilk yarışı Avstraliydan sonra əksər sürücülər ötmələrin və hətta rəqibi izləməyin çox çətin olduğunu deyiblər.

Kristian Horner: “Məncə, ötmələri dəyərləndirmək üçün tələsirik. Albert Parkda həmişə ötmələr az olub. Amma Çin və Bəhreyndə hücum etmək üçün zonalar çoxdur. Əgər orada da ötmələr az olsa, tənqidə başlaya bilərik. Düşünmürəm ki, belə davam etsin. Artıq sürücülər təkərə və ya yanacağa qənaət etmirlər. Bu hal yarışları gözəlləşdirəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 088
Teqlər , ,
Paylaş

logo