K.Rəykkönen ölkəsində beşinci dəfə ilin sürücüsü seçilib

Dünən axşam Finlandiyanın Yuvaskul şəhərində ölkənin avtoidman federasiyasının mükafatlandırma mərasimi baş tutub.

F-1.az bildirir ki, Kimi Rəykkönen növbəti dəfə ölkəsində “İlin Sürücüsü” adına layiq görülüb. Dünya çempionu tədbirdə iştirak etməsə də, video mesaj göndərib: “İlk növbədə, bütün mükafatçıları təbrik edirəm. Finlandiya Avtoidman Federasiyasında çalışan yaxşı insanlar var. Sizə güvənirəm və mənsiz əla tədbir keçirmənizə şübhəm yoxdur. Gözəl bir axşam və yaxşı idman mövsümü diləyirəm”.