S.Vandorn Sirotkini dəstəkləyib

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, Williams komandası Sirotkini seçməklə doğru qərar verib.

F-1.az xatırladır ki, Williams komandası Sirotkinlə Kubitsa arasında qalmış, ancaq sonda rusiyalı sürücünü seçmişdi.

Stoffel Vandorn: “Məncə, Williams doğru qərar verdi. Aşağı seriyalarda Sergeylə yarışmışam və o çox sürətli sürücüdür. Onun anadangəlmə istedadı var. Komandaya çox şey qazandıra bilər. Məncə, o çox sürətlidir və əgər Williams sürətli maşın düzəldə bilsə, yaxşı nəticələr qazana bilər. Onunla yenidən mübarizə aparmaq gözəl olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*