S.Sirotkin McLaren-ə keçib

Sabiq Formula1 sürücüsü Sergey Sirotkin artıq McLaren-in ehtiyat sürücüsü olacaq.

F-1.az xatırladır ki, rusiyalı sürücü keçən il Williams komandasında yarışmışdı. Bu il isə Renault komandasının ehtiyat sürücüsüdür. Bundan başqa WEC-də SMP komandası ilə mübarizə aparır. Lakin Fransa yarışından əvvəl gənc sürücü daha bir iş yeri tapıb. McLaren də Sirotkini ehtiyat sürücüsü kimi heyətinə cəlb edib. Beləliklə, Sayns və ya Norris yarışa bilməsə, Sirotkin onlardan birini əvəz edəcək.

Sergey Sirotkin
: “McLaren əfsanəvi komandadır və onlarla işləmək sevindiricidir. Dəstək verdikləri üçün SMP Racing və Renault-ya təşəkkür edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*