L.Norris: Lekler risk etdi

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Leklerlə olan insident yarış qəzasıdır.

F-1.az xatırladır ki, Lekler restartda britaniyalı sürücüyə hücum edib və Norris rəqibinə təmas edərək, onun bariyerlərə çırpılmasına səbəb olub. Bu hərəkətinə görə Lando 5 saniyə zaman cəzası alıb. Daha sonra isə mühərrik probleminə görə mübarizəni dayndırıb.

Lekler isə bariyerlərə çırpıldıqdan sonra sonuncu yerə düşsə də, yoluna davam edib və yarışı 4-cü yerdə bitirib.

Lando Norris: “Lekler xarici trayektoriyadan hücum edərək risk etdi. Yarışmağa başlayandan öyrəndiyimiz ilk şey odur ki, xarici trayektoriyadan hücum etmək olmaz. Bunu edirsinizsə, boşluq qoymalısınız.

Trasın ən sürətli döngəsində idik. Riskli sahədə o idi, mən yox. Əlimdən gələni etdim, çünki yarışımı məhv etmək istəmirdim. Başqa kim mənim yerimdə olsa, o da eynisini edərdi. İnsidentə kameradan baxıb qərar vermək olmaz. Stüardların qərarına bir söz demirəm, amma bəzən trasda baş verənləri yaxşı anlamırlar”.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*