14 Noyabr 2019, Cümə axşamı - 17:22

L.Həmilton çatışmazlığını anlayıb

L.Həmilton çatışmazlığını anlayıb

Müəllif: Rauf Hacıyev, redaktor

18:06 - 04 Aprel, 2019

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, ən böyük çatışmazlığını aradan qaldırmaq üçün əlindən gələni edəcək.

F-1.az xatırladır ki, britaniyalı sürücü mövsümün ilk iki yarışında bərbad start alaraq, ilk dövrələrdə geriyə düşüb.

Lyuis Həmilton: “Start almağı məşq edirəm. Çünki ilk iki yarışda çox bərbad idim. Bunun üzərində işləməyə davam edəcəm. Bəzən yerə yıxılıb və ayağa durarsınız. Sonra yenidən yeriməyə davam edərsiniz. Amma hələ də mübarizənin içindəyəm və Bəhreyndə Valtterini qabaqlaya bildim. Oradakı ötməmdən razıyam. Sebastyanla mübarizədən həzz aldım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 263
Teqlər ,
Paylaş

logo