12 Dekabr 2018, Çərşənbə - 09:33

L.Həmilton yarışın startında 5 yer itirəcək

L.Həmilton yarışın startında 5 yer itirəcək

Müəllif: Rauf Hacıyev, redaktor

09:36 - 14 Aprel, 2016

Lyuis Həmilton ötürmələr qutusunu vaxtından əvvəl dəyişdirdiyi üçün Çin yarışında 5 yer geridən başlayacaq…

F-1.az xəbər verir ki, Mercedes AMG komandasının mühəndisləri Bəhreyn yarışından sonra Həmiltonun maşınında təhlil zamanı ötürmələr qutusunda ciddi problem tapıblar. Dünən axşam stenddə aparılan yoxlamalardan sonra komanda hazırkı qutu ilə daha bir yarış keçirmək əvəzinə, onu yenisi ilə əvəz etməyə qərar verib.

Qeyd edək ki, FİA-nın texniki reqlamentinə əsasən sürücülər bir sürət qutusu ilə ardıcıl 6 yarış keçirməlidirlər. Əgər 6 yarışdan əvvəl sürət qutusu dəyişdirilsə, yarışa 5 yer geridən başlama cəzası gəlir.

Komandanın mətbuat katibi bildirib ki, Çin yarışı cəza almaq üçün ən yaxşı yerdir, çünki burada ötmə etmək digər traslara nisbətən daha asandır: “Çin ilk 6 yarış arasında cəza almaq üçün ən yaxşı yerdir. Çünki burada ötmə etmək daha asandır. Ona görə də aldığımız cəza bizə çox təsir etməyəcək”.

Qeyd edək ki, Lyuis Həmilton ilk iki yarışda poul qazansa da, yarışlarda komanda yoldaşı Niko Rosberqə məğlub olub…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 754
Teqlər , ,
Paylaş

logo